SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək rayonunda qarğıdalı biçini başa çatıb

Sədərək rayonunda qarğıdalı biçini başa çatıb
20-10-2019, 10:54

Muxtar respublikamızda qarğıdalı əkinlərini genişləndirmək, məhsuldarlığı artırmaq, öz məhsulumuz hesabına heyvandarlıq sahəsində yem tədarükünı olab tələbatımızı ödəmək vəzifəsi qarşıya qoyulmuşdur. İndi bu vəzifə sərhəd bölgəsi olan Sədərək rayonunda da uğurla həyata keçirilir. Qarğıdalı əkini ilə məşğul olan torpaq mülkiyyətçiləri artıq bir neçə gündür ki, bu ilin biçinini başa çatdırmışlar. 25 hektardan məhsul toplanılıb. Sahələrdən 155 ton məhsul yığılıb. Orta hesabla hər hektarda məhsuldarlıq 62 sentner olub.
Yüksək məhsul əldə edən sahibkarlardan biri də Nurəddin Əliyevdir. Onunla söhbət zamanı qeyd etdi ki, dədə-babalarımızdan bizə miras qalan ən qiymətli peşələrdən biri, bəlkə də birincisi əkinçilikdir. O vaxtlar heç onların qolundan tutub kömək eləyənləri də olmayıb. Qollarının gücünə, ürəklərinin təpərinə güvənərək torpaqlarını əkib-becərməklə dolanıblar. Bu gün ancaq muzeylərdə rast gəldiyimiz cüt, xış, vəl onların əsas əmək alətləri olub. Bunların hər biri adamdan fiziki güc enerji tələb edir. İndi bütün bunlar barəsində düşünəndə adamı heyrət bürüyür. Ancaq görün babalarımız necə qoçaq olublar ki, hər cür ağır zəhmətə qatlaşıblar. Bunun sayəsində pis-yaxşı dolansalar da özgəyə möhtac olmayıblar, öz vüqarlarını əyməyiblər, ad-sanlarını alçaltmayıblar...
Bütün bunları ona görə xatırlayıram ki, gərək indiki xoş günlərimizin qədrini bilək. dolanışığımı əsasən torpaqdan əldə edirəm. Taxıl, bostan məhsulları, o cümlədən qarğıdalı da əkirəm. Artıq məhsulumuzu sahələrdən toplamışıq. Bu il 8 hektar sahədə qarğıdalı əkib-becərmişəm. Gördüyünüz kimi məhsulum da yaxşıdır. Sahələrdən 50 tondan artıq məhsul əldə etmişəm.
Nurəddin Əliyev bildirdi ki, yaxşı yemləndirmə şəraiti mal-qaranın, heyvanların qidalanmasında başlıca amildir. Yemləndirmə heyvanların daxili orqanlarının inkişafına, mayalanmasına, ana bətnində dölün və doğulduqdan sonra körpələrin, inkişafına böyük təsir göstərir. Cavan heyvanları yaxşı yemləndirdikdə vaxtında yüksək diri çəkiyə çatır və yaxşı bədən quruluşuna malik olurlar. Ona görə də ətin, südün, dərinin və yunun keyfiyyəti də yaxşılaşır.
Yem istehsalının artırılması üçün qarğıdalının çox böyük əhəmiyyəti vardır. Buna görə də qarğıdalı əkin sahələrini genişləndirmək və qarğıdalı istehsalını artırmaq vacibdir.
Qarğıdalı dəni qidalı maddələrlə zəngindir. Qarğıdalı dənindən yalnız qüvvəli yem deyil, şəkər, qlükoza, nişasta, konservilər, un, yarma başqa məhsullar da alınır. Lakin qarğıdalının başlıca əhəmiyyəti onun dəninin, gövdə və yarpaqlarının bütün mal-qara və quş növləri üçün qiymətli yem olmasıdır. Deməli qarğıdalı əlavə olaraq süd, yağ, ət, piy, yumurta və yun deməkdir.
Qarğıdalının qiymətli bitki olması birdə ondan ibarətdir ki, dən ehtiyatını tamamlayır və onun gövdəsindən yaxşı silos hazırlanır.
Qarğıdalının qiymətli bitki olması birdə ondan ibarətdir ki, dən ehtiyatını tamamlayır və onun gövdəsindən yaxşı silos hazırlanır.
Nadir MƏMMƏDOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930