SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində operativ qərargah yaradılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində operativ qərargah yaradılıb
16-01-2019, 19:13

Yanvarın 16-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə yanvarın 16-18-nə proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar nazirliyin tabeliyindəki qurumların rəhbərləri ilə görüş keçirib. Nazirin rəhbərliyi ilə operativ qərargah yaradılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, görüşdə əhalinin nəqliyyat, telekommunikasiya, poçt, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə fasiləsiz şəkildə təmin edilməsinə dair müəssisə rəhbərlərinə tapşırıqlar verilib.

Həmçinin nəqliyyat və rabitə obyektlərinin mühafizəsinin, yanğın təhlükəsizliyinin, eləcə də açıq havada işləyən işçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq tədbirlər görülməsi barədə də göstəriş verilib.

Qəza xidmət briqadaları hazırlıq vəziyyətinə gətirilib və növbətçi hissələr təşkil edilib.

AZƏRTAC

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031