SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindəndən payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi   tərəfindəndən payız-qış mövsümünə hazırlıqla  bağlı tədbirlər davam etdirilir
18-10-2019, 19:42

Oktyabrın 18-də Naxçıvan Muxtar Respublikasında 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qarşısına tapşırıqlar qoyulmuşdur.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müşavirədə qeyd olunmuşdur ki, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri mövsümi qazanxana işçilərinin qabaqcadan təlimatlandırılması ilə bağlı hazırlıq tədbirlərinə başlamalı, bütün ocaqçılar müvafiq kurslara cəlb olunmalıdırlar. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısını almaq üçün tədbirlər görməli, bununla əlaqədar istehlakçılar və sahibkarlar əvvəlcədən məlumatlandırılmalıdırlar.
Verilmiş tapşırıqların icrasına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi və adiyyatı dövlət orqanları ilə birgə tədbirlər planı hazırlanmış və plana uyğun olaraq bir sıra zəruri tədbirlər həyata keçirilmişdir.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə birlikdə Şərur şəhərində yerləşən müəssisə və təşkilatlara o cümlədən istilik təsərrüfatı idarəsinə məxsus qazanxanalarda mövsümi işçilərin əvvəlcədən təlimatlandırılması aparılmış, ocaqçıların müvafiq peşə ixtisası üzrə kurslara cəlb olunmaları üçün müəssisə rəhbərlərinə və cavabdeh şəxslərə tövsiyələr verilərək maarifləndirici söhbətlər aparılmışdır. Aparılan məqsədyönlü tədbirlər nəticəsində 2019-cu ilin sentyabr ayından Naxçıvan Muxtar Respublikasında Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeçiliyində olan peşə məktəblərində 110 nəfər ocaqçının kurslara cəlb olunması təmin olunmuş və hazırda bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Həmçinin Fövqəladə Hallar Nazirliyinin müvafiq vəzifəli şəxsləri tərəfindən qazanxanaların texniki və yanğın təhlükəsizliyi vəziyyətinə baxış keçirilmiş, avadanlıqların təhlükəsiz istismarı üzrə təlimatlar təqdim edilmiş və xoşagəlməz hadisələrin qarşısının alınması üçün maarifləndirici söhbətlər aparılmışdır.
Bununla yanaşı Dövlət Gömrük Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri ilə birgə standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısını alınması məqsədilə Şərur şəhərində ticarət obyektlərində reyd yoxlamaları keçirilərək, istehlakçılar və sahibkarlarla maarifləndirici və məlumatlandırılıcı söhbətlər aparılmış və sahibkarlara bildirişlər təqdim edilmişdir.
Hazırda bu istiqamətdə işlər davam etdirilir.



Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi   tərəfindəndən payız-qış mövsümünə hazırlıqla  bağlı tədbirlər davam etdirilirNaxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi   tərəfindəndən payız-qış mövsümünə hazırlıqla  bağlı tədbirlər davam etdirilir
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi   tərəfindəndən payız-qış mövsümünə hazırlıqla  bağlı tədbirlər davam etdirilir

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930