SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda fərdi uçotun təşkilinin əhəmiyyəti barədə tədbir keçirilib-FOTO

Şahbuz rayonunda fərdi uçotun təşkilinin əhəmiyyəti barədə  tədbir keçirilib-FOTO
18-10-2019, 19:08

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsi əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması üçün müvafiq işləri həyata keçirmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, həmçinin fərdi uçot sistemində elektron xidmətlərin tətbiqi barədə təbliğat işlərinin aparılması, rayonda vətəndaşların maarifləndirilməsi sahəsində də müvafiq işlər görülmüşdür. Belə ki, Fondun Şahbuz rayon şöbəsi tərəfindən Şahbuz rayon 5 saylı Şahbuz Babək Seçki dairəsinin akt zalında sığotraolunanlarla birlikdə maarifləndirici tədbir keçirilib. Tədbiri Şahbuz Rayon İcra Hakimiyyətinin Sosial iqtisadi inkişafının təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Məhəmməd Bayramov açaraq onun əhəmiyyətindən danışmışdır.
Tədbirdə Fondun Şahbuz rayon şöbəsinin müdiri Zamin Qurbanov çıxış edərək qeyd etmişdir ki, istər əmək pensiyalarının və məcburi dövlət sosial sığorta üzrə müavinətlərin vaxtında əhaliyə çatdırılmasında, istərsə də rayonda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanların sosial sığorta şəhadətnamələri ilə təmin edilməsində və sığortaolunanların fərdi uçotunun aparılmasında şöbə tərəfindən bütün işlər qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Bildirilib ki, rayon üzrə yeni əmək fəaliyyətinə başlayan 58 sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilmişdir ki, bunlardan 34 sığortaolunan dövlət müəssisə və təşkilatlarda çalışanlar, 3 sığortaolunan yerli özəl müəssisədə çalışan sığortaolunanlar, 21 nəfər isə fiziki şəxslər olmuşdur.
Həmçinin vurğulanıb ki, pensiya və sosial müavinətlərin istehlak tələbinə uyğun artırılması əhalinin həm sosial müdafiəsinin, həm də gəlirlərinin artımına səbəb olmuşdur. Ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında cari il martın 1-dən əmək pensiyalarının minimum məbləği artırılaraq 116 manatdan 160 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş digər dəyişiklərdən sonra isə əmək pensiyasının minimum məbləği artırılaraq oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması təmin edilib. Əmək pensiyalarının minimum məbləğinin artımı rayon üzrə 1800 nəfərdən çox əmək pensiyaçısına şamil olunmuşdur.
Daha sonra Fondun Şahbuz rayon şöbəsinin Sosial sığorta sektorunun müdiri Ələddin Hüseynov sığorta-pensiya sisteminin mahiyyəti, sosial sığorta haqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyəti ilə bağlı məsələlər barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Bildirmişdir ki, sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları şöbə tərəfindən həmin vətəndaşların fərdi şəxsi hesablarına işlənilir. Fərdi şəxsi hesablarda olan pensiya kapitalının miqdarı və ödəmə müddəti vətəndaşın sığorta stajını və pensiyasının məbləğini müəyyənləşdirməklə yanaşı, onlara sosial sığorta ödəmələrindən yararlanmaq hüququ yaratmış olur.
Tədbirin sonunda Fondun Şahbuz rayon şöbəsi tərəfindən yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnamələri təqdim edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.




Şahbuz rayonunda fərdi uçotun təşkilinin əhəmiyyəti barədə  tədbir keçirilib-FOTOŞahbuz rayonunda fərdi uçotun təşkilinin əhəmiyyəti barədə  tədbir keçirilib-FOTO
Şahbuz rayonunda fərdi uçotun təşkilinin əhəmiyyəti barədə  tədbir keçirilib-FOTO
Şahbuz rayonunda fərdi uçotun təşkilinin əhəmiyyəti barədə  tədbir keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930