SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda Müstəqillik gününə həsr edilmiş tədbir keçirilib-FOTO

Naxçıvan Müəllimlər İnstitutunda Müstəqillik gününə həsr edilmiş tədbir keçirilib-FOTO
18-10-2019, 16:33

18 oktyabr 2019-cu ildə Naxçıvan Müəllimlər İnstitutunda Müstəqillik gününə həsr edilmiş tədbir keçirilib.

İlk olaraq Təsviri İncəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

İnstitutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə İnstitutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev acaraq 18 oktyabr Müstəqillik gününün xalqımıza verdiyi töhfələrdən danışdı. Bu töhfələri Naxçıvan Muxtar Respublikasının və Naxçıvan Müəllimlər İnstitutunun timsalında izah edərək qazanılmış uğurları şərh etdi. İnstitutda yaradılmış şəraitdən, yeni ixtisasların açılmasından, dövlət sifarişi ilə oxuyan tələbələrin sayının artırılmasından söz açdı. Giriş sözünün sonunda rektor İnstitut kollektivinin adından xalqımızı təbrik edərək, kollektiv üzərinə düşən vəzifələrin layiqincə yerinə yetiriləcəyinə söz verdi.

Daha sonra müstəqillik gününə həsr edilmiş, fakültələr arasında qızlardan ibarət voleybol komandalarının yarışı keçirildi. Qalib komanda məlum olduqdan sonra rektor Elbrus İsayev müstəqillik illərində Respublikamızda idmana olan qayğıdan və bu sahənin inkişafından danışdıqdan sonra qalib komandaya “Müstəqillik” kubokunu təqdim etdi. Ardınca tədbirin bədii hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Tələbələrin ifasında musiqi nömrələri, şeirlərin bədii qiraəti dinlənildi. Son olaraq bədii kompozisiya və videoçarxa baxış oldu.

Naxçıvan Müəllimlər İnstitutunda Müstəqillik gününə həsr edilmiş tədbir keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunda Müstəqillik gününə həsr edilmiş tədbir keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930