SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada “Azərbaycan yurdum mənim” bilik yarışması keçirilib-FOTO

Muxtar respublikada “Azərbaycan yurdum mənim” bilik yarışması keçirilib-FOTO
18-10-2019, 15:00

18 oktyabr tarixində Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan yurdum mənim” bilik yarışmasının ikinci mərhələsi keçirilib.
Fonddan verilən məlumata görə, bilik yarışının ilk mərhələsi 12 oktyabr tarixində 66 gəncin iştirakı ilə baş tutub. Birinci mərhələdə 50 sualdan ən çoxuna cavab vermiş 32 gənc ikinci mərhələdə iştirak hüququ qazanıb.
İkinci mərhələdə isə gənclər 25 sualı elektron qaydada cavablandırmağa çalışıblar. Hər iki mərhələdə iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti və coğrafiyasına aid suallar təqdim edilib.
Yekun nəticələrə əsasən Nəcməddin Həsənli 23 bal toplayaraq I yeri, Murad Əliyev 22 balla II yeri, Mirzaur Seyidzadə isə 20 balla III yeri qazanıb. Həmçinin yarışmada Zamin İbrahimov, Aidə Adilzadə, Fərid Əliyev, Əlişirin Süleymanov, Şəmil Məmmədov həvəsləndirici yerlərə layiq görülüblər.
Qalib gəlmiş və həvəsləndirici yerləri tutan gənclər Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

Muxtar respublikada “Azərbaycan yurdum mənim” bilik yarışması keçirilib-FOTO
Muxtar respublikada “Azərbaycan yurdum mənim” bilik yarışması keçirilib-FOTO
Muxtar respublikada “Azərbaycan yurdum mənim” bilik yarışması keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930