SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada müəllimlərin dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib

Muxtar respublikada müəllimlərin dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib
17-10-2019, 14:36

Müsabiqədə iştirak etmək istəyən şəxslər 18 oktyabr - 19 noyabr 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müsabiqəyə 186 vakant vəzifə çıxarılmışdır. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər. Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gəlməklə müraciət edə bilərlər. Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir.

Maraqlananlar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya dqmk@nakhchivan.az elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.



Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930