SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıb

Naxçıvanda 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıb
16-01-2019, 13:14

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 20 Yanvar faciəsinə həsr olunmuş “Unutsaq-unudularıq” adlı rəsm sərgisi açılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sərgidə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək faciənin başvermə səbəblərindən danışıb, 20 Yanvarın Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını bildirib.

Sərgidə Naxçıvan Muxtar Respublikası Yazçılar Birliyinin sədri Asim Yadigar,Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov,Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Birliyinin sədri Yaşar Xəlilov və Veteranlar Şurasının müavini Sultan İsmayılov çıxış ediblər.

Qeyd edək ki, yanvarın 25-nə qədər davam edəcək sərgidə muxtar respublikada fəaliyyət göstərən 21 rəssamın 31 əsəri nümayiş etdirilir.
Naxçıvanda 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıbNaxçıvanda 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıbNaxçıvanda 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıb

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829