SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtariyyətin 95 illiyinə həsr olunmuş mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Muxtariyyətin 95 illiyinə həsr olunmuş mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıb
16-10-2019, 14:14

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə muxtariyyətin 95 illiyinə həsr olunmuş “Səni tərənnüm edirəm, doğma Naxçıvan” devizi ilə peşəkar və həvəskar bəstəkarlar arasında keçirilən mahnı müsabiqəsinə yekun vurulub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, müsabiqənin aparıcısı əsrə yaxın bir dövrdə muxtar dövlət statusu daşıyan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi münasibətilə silsilə tədbirlər keçirildiyini bildirib. Vurğulanıb ki, mahnı müsabiqəsi də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən təşkil edilib.

Qeyd olunub ki, müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi əvvəlcədən təsdiq edilərək müvafiq mədəniyyət müəssisələrinə göndərilib. Qaliblər iki – professional və həvəskar bəstəkarlar nominasiyaları üzrə münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Sonra münsiflər heyəti elan edilib və müsabiqəyə start verilib. İfaçıları Naxçıvan Dövlət Filarmoniyasının Kamera, Estrada və Xalq Çalğı Alətləri orkestrləri, həmçinin Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblı müşayiət edib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək, muxtariyyətin son 20 ildən çox dövrü ərzində bütün sahələr üzrə əldə olunan nailiyyətlərə, xüsusən mədəniyyət sahəsindəki uğurlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Nazir 10 müəllifin əsərlərinin səsləndirildiyi mahnı müsabiqəsinin iştirakçılarına uğurlu çıxışlarına və münsiflər heyətinə obyektiv qərarına görə təşəkkür edib, qaliblərə yaradıcılıq nailiyyətləri arzulayıb.

Muxtar respublikanın Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov mahnı müsabiqəsinin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib, bu cür müsabiqələrin muxtar diyarımızda sənət adamlarının yaradıcılıq fəaliyyətinə müsbət təsir göstərdiyini deyib.

Müsabiqənin münsiflər heyətinin yekun qərarına əsasən “Professional bəstəkarlar” nominasiyası üzrə Yaşar Xəlilov I yerin qalibi olub, II-III yerlərə isə müvafiq olaraq Nizami Məmmədov və Vidadi Heydərov layiq görülüblər. “Həvəskar bəstəkarlar” nominasiyası üzrə I yerin qalibi Əkrəm Məmmədli olub. II-III yerləri isə müvafiq olaraq Nazilə Qardaşbəyova və Hakim Məmmədov əldə ediblər.

Qaliblərə diplom və mükafatlar təqdim olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930