SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kəngərli rayonunda Qurban Səidin “Əli və Nino” əsərinin müzakirəsi keçirilib

Kəngərli rayonunda Qurban Səidin “Əli və Nino” əsərinin müzakirəsi keçirilib
16-10-2019, 15:11

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, müzakirədə məktəbin direktoru, YAP rayon təşkilatının sədr müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtimad Məmmədov çıxış edərək, “Oxunması zəruri olan kitablar”ın əhəmiyyətini, bu kitabların, xüsusən gənc nəslə vətənpərvərlik hisslərinin aşılanmasındakı rolu haqqında məlumat verilib. Məktəb müəllimləri və şagirdlərin iştirak etdiyi müzakirədə məktəbin təşkilatçısı Əsli Həsənova Qurban Səidin həyat və fəaliyyəti haqqında məlumat verib.

O bildirib ki, “Əli və Nino” romanı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilib. Qeyd olunmuşdur ki, dünyanın 30-dan çox dilinə tərcümə olunan əsərdə əcdadlarının adət-ənənələrinə sadiq qalan, Vətəni uğrunda həyatını qurban verməyə hər an hazır olan Əlinin gürcü qızı Ninoya olan sonsuz məhəbbəti öz əksini tapıb. Daha sonra VII və IX sinif şagirdləri arasında kitabın essesi yazılıb. Sonda ən yaxşı esse yazan şagirdlər mükafatlandırılıblar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930