SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yurdumun dahi alimi, insanlığın zirvəsi – İSA HƏBİBBƏYLİ!

Yurdumun dahi alimi, insanlığın zirvəsi – İSA HƏBİBBƏYLİ!
16-10-2019, 10:00

Hər daşı, torpağı tarix yazan doğma yurdum – NAXÇIVANIM! Vətənimdə nə şairlər, nə yazıçılar, nə alimlər yetişib. Tarixə nəzər salsaq görərik ki, Azərbaycanın ən savadlı kadrlarının böyük əksəriyyəti Muxtar Respublika torpaqlarında doğulub, boya başa çatıb. Bunun ən gözəl nümunələrindən biri də Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa Əkbər oğlu Həbibbəylidir.

Çox nadir şəxsiyyətlər olur ki, adları çəkiləndə hər kəs tərəfindən tanınsın. Akademik İsa Həbibbəyli məhz o şəxsiyyətlərdəndir ki, həm elm, həm mədəniyyət, həm də cəmiyyət həyatında özünə nüfuzlu ad yaradıb. O, elmi fəaliyyəti, ölkədə gedən ictimai-mədəni və elmi-ədəbi proseslərdə yaxından iştirak etməklə sözün əsl mənasında tədqiqatçılıq, ziyalılıq, insanlıq və vətəndaşlıq borcunu yorulmadan həyata keçirməyə davam edir. Akademik İsa Həbibbəyli elmdə, mədəniyyət və cəmiyyət həyatında nüfuzlu adını məhz nadir istedadı, geniş və miqyaslı fəaliyyəti, sanballı elm yaradıcılığı və zəhməti sayəsində qazanıb.
İsa Həbibbəyli müasir Azərbaycan elminin və mədəniyyətinin korifeylərindən biridir. O, hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Elm və Təhsil Komitəsi başda olmaqla, bir çox əhəmiyyətli komitə və komissiyaların sədridir.
Məlum məsələdir ki, akademikə bu qədər çətin, ciddi və məsuliyyət tələb edən işlərin etibar edilməsinin səbəbi keçdiyi həyat yolunda özünü həm fədakar, həm istedadlı, təşəbbüskar, həm də yaradıcı bir insan kimi təsdiq etmiş olmasıdır.
Naxçıvan Dövlət Universitetində rektor kimi fəaliyyət göstərdiyi illər ərzində analitik düşüncəsi və kreativ fikirləri ilə universiteti hər zaman yeniliklərə aparırdı. 1996-2013-cü illərdə, rektorluğu dövründə İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinin təsəvvürə gətirilməyəcək qədər dəyişməsinə səbəb oldu. Universitet məhz onun təşəbbüskarlığı, rəhbərliyi və dövlətdən aldığı dəstəyin hesabına yeni korpuslar, laboratoriyalar, tələbə yataqxanası, elektron kitabxana, yüksək səviyyəli nəşriyyat, həmçinin yeni ixtisasların açılması və başqa imkanları ilə respublikanın digər universitetlərindən yaxşı mənada seçilməyə başladı. Həmçinin bir çox xarici dövlətlərin bir sıra universitetləri ilə əməkdaşlıq müqaviləsi imzaladı. Vətəni və millətinin gələcəyi üçün savadlı ixtisasçıların yetişməsində akademik İsa Həbibbəylinin rolu əvəzsizdir. Naxçıvanda rektor vəzifəsində çalışdığı müddət ərzində İsa Həbibbəyli elmin, təhsilin, mədəniyyətin nüfuzlu siması kimi tanındı. Naxçıvan Dövlət Universitetində təhsil aldığım müddət ərzində İsa müəllimi özümə nümunə götürürdüm hər zaman. Onun savadı, istedadı, əzmi, tədbirlərdəki çıxışları, müəllim və tələbələrə tövsiyyələri və ən əsası da insanlığı məni bir tələbə olaraq qürurlandırırdı ki, bu qədər dəyərli bir rektorun vaxtında təhsil almışam. Bir tələbə olaraq müəllim və tələbələrə göstərdiyi qayğını hiss edir və onu insanlığın zirvəsi adlandırırdım.
1998-2005-ci ildə Naxçıvan MR Ali Məclisinin, 2005-ci ildən isə Azərbaycan Respublikası Milli Məclisinin Deputatı seçilmişdir. Akademikin çoxşaxəli fəaliyyəti, təşəbbüskarlığı onun Bakıya dəvət olunmasına səbəb oldu. İsa Həbibbəyli hal-hazırda Azərbaycanın elm, təhsil, mədəniyyət sahəsində çox yaxından iştirak edir, müxtəlif elmi və mədəni qurumlar arasında əlaqələrin yaranmasında müstəsna xidmətlər sərgiləyir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Akademik İsa Həbibbəyli” (Bakı, 2018) biblioqrafiyası işıq üzü görmüşdür. Akademik İsa Həbibbəylinin həyat və yaradıcılığına həsr olunan biblioqrafiyanı oxumağı hər bir məslək sahibinə məsləhət görürəm.
Eyni ixtisas sahibi olmasaq belə elmi fəaliyyətlə məşğul olan bir şəxs olaraq yurdumun dahi alimi – akademik İsa Həbibbəyli haqqında bir neçə kəlmə söz yazmağı özümə borc saydım. Akademik İsa Həbibbəyliyə möhkəm can sağlığı arzulayır, onun Azərbaycan Respublikasında elmin və mədəniyyətin inkişafı üçün göstərdiyi xidmətlərdən dolayı minnətdarlığımızı bildiririk!


Lamiyə QULİYEVA
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930