SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda biotexniki tədbirlərin keçirilməsi davam etdirilir

Naxçıvanda biotexniki tədbirlərin keçirilməsi davam etdirilir
16-01-2019, 09:46

Qış mövsümündə kontinental iqlim şəraitinin mövcud olduğu muxtar respublika ərazisində havanın kəskin soyuması, ərazilərin qalın qar örtüyü ilə örtülməsi təbii olaraq bu ərazilərdə yaşayan heyvanat aləminə də öz təsirini göstərir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, xüsusilə qış aylarında qida təminatının azalmasına səbəb olur ki, bunun da nəticəsində heyvanların başqa ərazilərə miqrasiyasına, nəsl artımının azalmasına və sonunda məhfinə səbəb olur. Yem çatışmamazlığı nəticəsində bəzi gəmirici heyvanlar (dovşan, porsuq, çöl donuzu və sair) istər qış, istərsə də yaz aylarında yem tapa bilmədiklərində yeni əkilmiş fidanların, tinglərin gövdələri ilə qidalanaraq onların sıradan çıxmasına səbəb olurlar. Qeyd etdiklərimiz nəzərə alınaraq heyvanat aləminin qış fəslində qidaya olan tələbatının yaxşılaşdırılması məqsədilə biotexniki tədbirlər icra olunur. Bu tədbirlər müəyyən edilmiş təbiət ərazilərinə müxtəlif qida məhsullarının paylanmasını əhatə edir. Nəzərə alsaq ki, muxtar respublika ərazisindəki fauna ehtiyyatlarının 25 faizdən çoxu Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitab”na daxil edilmişdir, onda bu tədbirin əhəmiyyəti daha da artır.
Muxtar respublikamızda 2018-2019-cu illər payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilmiş müşavirədə də qış mövsümündə faunanın mühafizə edilməsi və biotexniki tədbirlərin keçirilməsi haqqında müvafiq tapşırıqlar verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və təbii sərvətlər nazirliyi və tabeli idarələr; qoruq, milli park və yasaqlıqlar tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq dekabr-mart aylarında heyvanat aləminin kompleks yaşadığı ərazilərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində, yeni salınmış yaşıllıq ərazilərində biotexniki tədbirlərin keçirilməsi planlaşdırılıb. Yanvar ayının əvvəllərindən başlayaraq yağan qar nəticəsində dağlıq ərazilərdə qarın səviyyəsinin 60 sm-ə qədər artması səbəb olmuşdur ki, bu da biotexniki tədbirlərin keçirilməsinə zərurət yaratmışdır. Bu məqsədlə dağlıq əraziləri əhatə edən Şahbuz Dövlət Təbiət Qoruğu və akademik Həsən Əliyev adına Zəngəzur Milli ərazilərində biotexniki tədbirlər keçirilməsinə başlanılmış, ərazilərə tərəvəz məhsulları, buğda, arpa, qaba yem, daş-duz və digər qida məhsulları paylanmışdır. Həmin ərazilərə yaxın yaşayış məntəqələrində ictimaiyyətlə qanunsuz ov edilməsi hallarının qarşısının alınması, heyvanat aləminin mühafizəsi tədbirlərinə diqqətin artırılması məqsədilə maarifləndirici söhbətlər aparılmış, yoxlama-reydlər keçirilmişdir. Heyvanat aləminin qorunması sahəsində onların qida ehtiyyatının yaradılması mühüm və əhəmiyyətli tədbirlər olduğundan bu işlər qış fəsli boyunca tədbirlər planında nəzərdə tutulmuş təbiət ərazilərində davam etdiriləcəkdir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031