SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fəqərə sürüşməsi nəyə səbəb olur?

Fəqərə sürüşməsi nəyə səbəb olur?
14-10-2019, 23:19

Fəqərə sürüşməsi bir fəqərənin digərinə nisbətən yerdəyişməsi kimi başa düşülür.

Bu, xəstənin normal həyat fəaliyyətini pozmaqla yanaşı müəyyən klinik əlamətlərin meydana gəlməsinə gətirib çıxarır.

NAXCİVANXEBERLERİ.COM bildirir ki, bunu neyrocərrah, ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimi Cəmil İsgəndərli deyib.

Onun sözlərinə görə, fəqərə sürüşməsinin olduğu rentgen müayinəsi ilə təyin olunur. Bundan sonra xəstədə digər problemlərin: onurğa darlığının, disk yırtığının olub-olmadığını araşdırmaq üçün əlavə MRT müayinəsindən istifadə olunur: "Təəssüf ki, fəqərə sürüşmələrinin müalicəsi yalnız cərrahi müalicədən ibarətdir. Əməliyyatla sürüşən fəqərə digər fəqərələrə fiksatorlar vasitəsilə möhkəmləndirilir və orada olan patologiya aradan qaldırılır.

Bu fəqərənin sürüşməsinin qarşısını almaqla yanaşı xəstənin şikayətlərini də aradan qaldırır. Bu əməliyyatlarla əksər hallarda xəstənin şikayətləri kəsməklə yanaşı ağırlaşmaların da qarşısı alınır".

Həkim bildirib ki, sürüşmə uzun zaman davam edəndə onurğa kanalında darlığa, disk yırtıqlarının yaranmasına gətirib çıxarır: "Bu, qorxulu xəstəlik deyil, vaxtında düzgün mütəxəssisə müraciət etdikdə aradan qaldırılır".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031