SON DƏQİQƏ

naxcivanxeberleri.com

Milli mübarizəmizin son nidası

Milli mübarizəmizin son nidası
14-10-2019, 22:37

Tarixdə o millətlər xoşbəxtdir ki, onları dünyaya tanıdan şəxsiyyətləri var. Bu şəxsiyyətlər bəzən xalqın qəhrəmanına, gənc nəslin idealına, bəzənsə bütün dünyada qəbul ediləcək siyasi portretə çevrilir. Xatırlayıram ki, ilk dəfə 2003-ci ildə televiziya ekranlarında Azərbaycanın inkişafı naminə çalışan işıqlı gələcəyə aparan Bu şəxsiyyəti görmüşəm. O bütün dünyada qəbul edilən, dünya dövlətlərinin ən yüksək ali mükafatlarına layiq görülən, mənim, sənin, dünya azərbaycanlılarının-hamımızın prezidenti İlham Əliyevdir.

Ölkə başçısının qətiyyətli addımları, siyasi iradəsi, Azərbaycanın gələcəyinə xoş müjdələr bəxş edən İlham Əliyev imzası dövlətimizin güc mənbəyidir. Güclü əsaslar üzərində duran müasir Azərbaycan gələcəyə də nikbin baxma haqqına sahibdir. Çünki ayağını yerə sağlam basması üçün kifayət qədər gücü var. Dövlətin qüdrəti həmdə onun gələcəyə hesablanma gücü ilə ölçülür. Çünki atılan hər bir addımda sabahın ayaq səsləri də hiss olunmalıdır. Əslində bu gücün mənbəyi xalqdır. O xalq ki, Prezidentinə güvənir. Niyə də güvənməsin çünki Prezident xalqla səmimi münasibət qura bilib. Prezident hər bir vətəndaşın istəyini və xahişini nəzərə alır. Vətəndaş prezidentinə inanır. Çünki verilən vədlər sözdə qalmır. Əməli işlə də nümunə kimi ortaya qoyulur. İndi Azərbaycanda söz az bir zamanda reallığa çevrilir. Bir sözlə Azərbaycanın sükanı etibarlı əllərdədir. Biz isə bu əllərin sahibilə qürur duyuruq. Ötənlərdə cənab Prezidentin daha bir addımı xalqın inam mənbəyi oldu.

Qətiyyətli nitq

Azərbaycan prezidenti İlham Əliyev Soçidəki “Valday” formunda Dağlıq Qarabağ münaqişəsi barədə “saqallı təlxək” Paşinyanı susdurdu. Paşinyanın “Qarabağ Ermənistanındır, nöqtə” kəlməsinə ölkə başçımız kəskin və tutarlı cavabla: “QARABAĞ AZƏRBAYCANINDIR VƏ NİDA İŞARƏSİ” - dedi.

Ölkə başçısının söylədiyi nida işarəsinin arxasında Azərbaycan xalqının gücü, milli mənsubiyyəti, tarixi, əbədi və əzəli Azərbaycan torpaqları durursa, Ermənistanın baş nazirinin cılız, elə özünə oxşayan “nöqtəsi” bu xalqın saxtakar, yalan, hər gün əhalisinin sayı getdikcə kiçilən, tənəzzülə uğrayan bir dövlətin taleyinə qoyulan nöqtədir. Maraqlıdır ki, yalan dolu bir xalqın saxtakar rəhbəri özü elə bunu təsdiqlədi, nida işarəsinin altında qalıb əzilən nöqtəsi ilə (!).

Nuhçıxan İnformasiya Agentliyindən oxuyuruq

Dövlətimizin başçısı deyib: “Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdi. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin – canlı efirdə, Rusiyada, mötəbər “Valday” klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam”.

Bir qədər tarixə nəzər salsaq görərik ki, hələ qədimlərdən təbii sərvətləri olan ölkələr üçün həmin bu sərvətlər “baş bəlası” olub. Azərbaycanda öz təbii sərvətləri, əlverişli mövqesi ilə daima böyük siyasi güclərin maraq dairəsi olub. Elə buna görə də xalqımızın başı çox bəlalar çəkib. Mənfur qonşularımız da siyasi güclər ətrafında quyruq bulaya-bulaya, öz xülyaları ilə “böyük Ermənistan” dövləti qurmaq niyyətindədirlər. Bəs bu “güclü” dövləti kim quracaq? Saqqalı təlxəkmi?!

Dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycan həqiqətlərini beynəlxalq kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxaq hüquq normalarına uyğun şəkildə dünyaya çatdırır və haqq işini qətiyyətlə qoruyub saxlayır. Haqlı tərəf isə həmişə özünə inamlı və qətiyyətlidir. Məhz bu kriteriyalar əsl həqiqətləri mötəbər “Valday” klubunun panelindən söyləmək üçün Azərbaycan prezidentinə haqq qazandırdı.

Budur Azərbaycan həqiqəti bu yolla hərəkət edir, siyasi, iqtisadi, sosial humanitar və başqa istiqamətlərdə əldə etdiyimiz uğurları hər kəs görür. Bir həqiqət var ki, müasir Azərbaycanı dünyaya tanıdan bu siyasətin araxasında xalqın etimadını qazanan və bu etimadın haqqını ən yüksək səviyyədə verən prezident İlham Əliyevin sözü və imzası dayanır.

İstənilən hər bir iqtisadi uğur güclü siyasi iradəyə söykənir. Burada isə milli mənlik, kim olduğunun fərqində olmaq və getdiyi istiqaməti düzgün müəyyənləşdirmək önə çıxır. Prezidentin beynəlxalq konfranslarda heç bir gücdən qorxmadan, çəkinmədən söylədiyi tutarlı cavablar isə bizə böyüklüyümüzü göstərir. Bu həm də xaricdə yaşayan soydaşlarımız üçün yeni bir fəaliyyət proqramı və həmrəylik dərsi idi. Bununla da Azərbaycan diasporu hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq məhz 50 milyondan çox bir xalqın təmsilçisinə çevrildi. Çünki Soçidəki “Valday” formundan ən ali səviyyədə lazım olan tarixi mesajı lazım olan anda bütün dünyaya ötürə bilmişdi.

Biz Azərbaycan gəncliyinin nidası isə Azərbaycan Prezidentinə inanmaq, onun ətrafında birləşmək və 50 milyondan çox azərbaycanlının sinəsində döyünən ürək olmaqdır. Bu gənclik nidası isə Ali Baş Komandana olan məhəbbətin təzahürüdür.

Şanlı vətənimiz Azərbaycan, sən artıq güc sahibi və qüdrət simvolusan. Sənin uğrunda yaşatmaq və qurmaq eşqi ilə...

Mətin Kamal

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930