SON DƏQİQƏ

18:20 - Asiyada istiqraz əməliyyatlarını izləmək üçün blokçeyn əsaslı platforma yaradılır

18:07 - İngiltərə millisi 1000 oyuna çatan ilk komanda olacaq

17:53 - Şəhid Qabil Orucəliyevə həsr olunmuş “Səni Vətən çağırır” adlı sənədli film nümayiş olunub-FOTO

17:41 - Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib

17:30 - “Azərbaycan Beynəlxalq Bankı”nın Rusiyadakı törəməsi xalis mənfəətini 39% artırıb

17:21 - Azərbaycan bankları bu ilin 9 ayında 4,1 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb

17:10 - AFFA "Kəpəz"in nümayəndəsinə 10 oyunluq cəza verib

17:00 - Deputat: "Uşağa görə verilən birdəfəlik müavinət 200 manatdan 500 manata qaldırılmalıdır"

16:50 - Dövlət başçısı: “Ləkidən Qəbələyə dəmir yolunun çəkilməsi xüsusi əhəmiyyət daşıyır”

16:45 - Bakıda olimpiadaya lisenziya xarakterli karate üzrə Avropa çempionatı keçiriləcək

16:37 - Prezident "Azərsu”ya 5 milyon manat ayırıb

16:30 - Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək

16:26 - İstehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib-FOTO

16:22 - Ceyhun Bayramov Parisdə məktəblər və ekstremizmlə bağlı konfransda iştirak edib

16:11 - Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrini qəbul edib

naxcivanxeberleri.com

Muxtar respublikada Dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

Muxtar respublikada Dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır
14-10-2019, 12:16

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya öz işini qanunvericiliyin tələblərinə uyğun olaraq yerinə yetirmiş, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri sentyabr ayında davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının dövlət ümumtəhsil müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin test imtahanları keçirilmiş, müsabiqəyə 302 vakant vəzifə çıxarılmış, 199 vəzifənin tutulması üçün 613 namizəd müraciət etmişdir. Test imtahanlarında 576 namizəd iştirak etmiş, 235 nəfər keçid balını toplamışdır. Şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanları olmuş, imtahanlarda 93 müəllim iştirak etmiş, onlardan 83-ü müvafiq keçid balını toplayıbdır.

Musiqi təhsili müəssisələrinə işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanlarında müsabiqəyə çıxarılmış 285 vakant vəzifənin tutulması üçün keçirilən imtahanlarda 80 namizəd iştirak etmiş, onlardan 20-si keçid balını toplamış, müsahibə mərhələsində isə 18 nəfər iştirak etmiş, onlardan 16-sı müvafiq keçid balını toplamışdır. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanlarında iştirak edən 78 namizəddən 22-si müvafiq keçid balını toplamışdır. Komissiya tərəfindən müvafiq dövlət orqanlarının müraciətləri nəzərə alınmaqla vakant sektor müdiri vəzifələrinin tutulması üçün 4 nəfərin iştirakı ilə test imtahanları keçirilmiş, sertifikat əldə etmiş 3 nəfərin müsahibə mərhələsində komissiya nümayəndəsinin iştirakı təmin edilib.

Ötən ay dövlət qulluğuna işə qəbul üzrə təşkil olunmuş hazırlıq kurslarında 32, sınaq imtahanlarında 64 nəfər iştirak edib.


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930