SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Azərikimya”da yeni buxar turbinlərinin inşası üçün müqavilə imzalanıb

“Azərikimya”da yeni buxar turbinlərinin inşası üçün müqavilə imzalanıb
14-10-2019, 14:31

“Nobel Oil Services” şirkətinin törəmələrindən biri olan PROKON şirkəti “SOCAR-Uniper” birgə müəssisəsi ilə müqavilə imzalayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, “Nobel Oil Services” şirkətindən verilən məlumata görə, müqaviləyə əsasən PROKON şirkəti ümumi tikinti və istismara vermə işlərini həyata keçirəcək və “Azərikimya” İstehsalat Birliyində yeni buxar turbinlərinin inşası üçün tikinti materiallarının satınalması daxil olmaqla “SOCAR-Uniper” şirkətinin bütün tikinti işlərinə nəzarət edəcək.

Bildirilib ki, müqavilənin imzalanması polietilen zavodunun operatoru olan "Azərikimya" İB-i üçün elektrik təchizatının artmasına mühüm töhfə verəcək və “SOCAR-Uniper” şirkətinin Sumqayıtda yerləşən kimyəvi kompleksində ümumi tikinti işlərində PROKON şirkətinin iştirakını təmin edəcək.

“Hazırda SOCAR-Uniper şirkətinin elektrik stansiyası iki buxar turbinindən istifadə edərək buxar və enerji istehsal edir. PROKON şirkəti elektrik istehsalını əhəmiyyətli dərəcədə sürətləndirəcək xüsusi hazırlanmış üçüncü buxar turbin qurğusu, eləcə də köməkçi infrastrukturu quraşdıracaq”, - PROKON şirkətinin baş direktoru Azad Namazov qeyd edib.

O əlavə edib ki, layihənin həyata keçirilməsi “Azərikimya İB”nin istehsalat obyektlərinin enerji səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayacaq.

Qeyd edək ki, PROKON 2012-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçmiş “Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi kimi yaradılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930