SON DƏQİQƏ

naxcivanxeberleri.com

Akademik Vasim Məmmədəliyev vəfat edib

Akademik Vasim Məmmədəliyev vəfat edib
14-10-2019, 10:10

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev 77 yaşında vəfat edib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Bakı Dövlət Universitetinin rəsmi “Facebook” səhifəsində bildirilir.

Vasim Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub. O, 160-dək elmi əsərin, o cümlədən 21 monoqrafiyanın müəllifidir. Xaricdə 50-dən çox elmi əsəri dərc olunub.

Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib. 1991-ci ildə çap edilmiş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub.

Görkəmli alim Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülüb, 2002-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930