SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək bağlarında payız calağına başlanılıb

Sədərək bağlarında payız calağına başlanılıb
13-10-2019, 12:15

Sədərək rayonu muxtar respublikamızda meyvə tinglərinin yetişdirildiyi məkan kimi tanınır. Rayon əhalisinin əsas məşğuliyyət növlərindən biri də bağçılıqdır.
Hazırda rayon ərazisindəki təsərrüfatlarda tinglərin payız calağına başlanılıb. Ağacların calanması 10-dan artıq üsulda həyata keçirilir. Bağbanlar əsasən göz calağından istifadə edirlər. Çünki bu üsulla calaqların tutma faizi yüksəkdir. Bu üsuldan istifadə olunduğu zaman calaq komponentləri yaxşı qovuşur, calaqvurma zamanı az qələm tələb olunur. Calaqaltı materiallar kimi cır ağaclara üstünlük verilir. Bağbanlar bu materialları əsasən toxumları səpib yetişdirməklə əldə edirlər. Calaqüstü material kimi məhsuldar, sağlam, yerli şəraitə davamlı ağaclardan istifadə olunur.
Şəxsi təsərrüfatında tingçiliklə məşğul olan Rizvan Dünyamalıyevlə söhbət zamanı dedi ki, calaq vurmaq çox incə və ustalıq tələb edən işdir. Yay mövsümündə meyvəsi bəyənilən mədəni ağaclara nişanələr qoyulur. Calaq vaxtı həmin ağacların birillik zoğundan göz kimi istifadə olunur. Sentyabrın 20-dən sonra vurulan calaqların sarğısı mart ayında kəsilir. Calanmış gözlər yazda oyanmazdan çox əvvəl hər toxmacarın gözdən yuxarı hissəsi kəsib atılır. Calaq iki ilə başa gəlir.
Xatırladaq ki, rayonda “2016-2020-ci illərdə Naxçıvan Muxtar respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində yeni meyvə bağları salınır, mövcud meyvə bağlarında bərpa işləri aparılır, bağların ərazisi genişləndirilir.


“Oğuz yurdu” qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930