SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda payız şumu davam edir

Şahbuz rayonunda payız şumu davam edir
13-10-2019, 10:48

Rayonumuzda hərtərəfli dövlət qayğısı hesabına aqrar sahə bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bütün sahələr kimi, əkinçiliyin inkişafı da diqqət mərkəzindədir. Torpaq mülkiyyətçilərinə və fermerlərə lizinq yolu ilə yeni kənd təsərrüfatı texnikalarının, yüksək reproduksiyalı sort toxumların verilməsinə, torpaq mülkiyyətçilərinin yanacaq və motor yağları ilə təmin olunmasına ciddi yanaşılır. Məhsul istehsalçılarına uzunmüddətli kreditlərin verilməsi ildən-ilə daha geniş vüsət alır. Buna görə də hər il yaz və payız əkinlərindən məhsul bolluğuna nail olunur. Əkinçilikdə yüksək məhsul əldə etmək üçün bütün aqrotexniki tədbirlər vaxtında yerinə yetirilməlidir. Bu məqsədlə sahə seçərkən sələf bitkiləri nəzərə alınmalı, torpağın mexaniki tərkibi öyrənilməli, onun qida maddələri ilə təminolunma dərəcəsi müəyyən edilməli və sonra şumun aparılması üçün hazırlıq işləri görülməlidir. Rayonun təcrübəli əkinçiləri aqrotexniki tədbirlərin vaxtında aparılmasını diqqətdə saxlayırlar. Qeyd etdiyimiz kimi, əkilən sahələrdən bol məhsul əldə etmək üçün bir sıra qaydalara əməl etmək lazımdır ki, onlardan da biri torpağın vaxtında şumlanmasıdır. Bu üsulla torpağın əkin hissəsinin dincə qoyulması torpağa qoyulan dənin yüksək səviyyədə qidalanmasına şərait yaradır.
Hazırda torpaq mülkiyyətçiləri bu günə qədər 542 hektar sahədə şum qaldırıblar. Külüs kəndində 4 hektar sahədə səpin aparılıb. Şumlama davam edir.
“Oğuz səsi” qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930