SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti maarifləndirici seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən  növbəti  maarifləndirici seminar keçirilib
15-01-2019, 18:40 324 dəfə baxılıb

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iş sahələrindən əməyin mühafizəsi qaydalarına riayət olunmasına dair maarifləndirici seminarlar davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, növbəti seminar, yanvarın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən 14 istehsal müəssisəsinin əməyin mühafizəsi üzrə mütəxəssislərinin iştirakı ilə keçirilib. Seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri tərəfindən “iş sahələrində əməyin mühafizəsinin təşkili” mövzusunda maarifləndirici söhbətlər aparılıb, həmçinin əməyin mühafizəsinə dair qısa videoçarx və slaydlar nümayiş olunub. Bununla yanaşı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə zamanı zərrəçəkənə ilkin tibbi yardım göstərilməsi qaydalarına dair məlumat verilib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728