SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Maliyyə Tədris Mərkəzində növbəti təlimə yekun vurulub-FOTO

Naxçıvan Muxtar Respublikası Maliyyə Tədris Mərkəzində növbəti təlimə yekun vurulub-FOTO
11-10-2019, 18:38

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Dövlət qulluğunda etik davranış qaydaları” adlı təlim keçirilib. Oktyabrın 10-da start verilən təlimə Maliyyə Nazirliyinin tabeliyində olan qurumlarda çalışan 14 dövlət qulluqçusu cəlb olunub. 2 gün davam edən təlimin əsas məqsədi dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə gənc dövlət qulluqçularını məlumatlandırmaqdır.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, təlimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın baş məsləhətçi-hüquqşünası Türkan Gülməmmədli və Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarovanın müvafiq olaraq “Dövlət qulluğunda etika” və “Peşə etikası və etiket qaydaları” adlı mövzulara dair slaydlarla zənginləşdirilmiş çıxışları dinlənilib, qrup şəklində iş və müzakirələr aparılıb.
Təlimin sonunda fəal iştirak edən dövlət qulluqçularına sertifikatlar təqdim olunub.


Naxçıvan Muxtar Respublikası Maliyyə Tədris Mərkəzində növbəti təlimə yekun vurulub-FOTONaxçıvan Muxtar Respublikası Maliyyə Tədris Mərkəzində növbəti təlimə yekun vurulub-FOTO
Naxçıvan Muxtar Respublikası Maliyyə Tədris Mərkəzində növbəti təlimə yekun vurulub-FOTO
Naxçıvan Muxtar Respublikası Maliyyə Tədris Mərkəzində növbəti təlimə yekun vurulub-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930