SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tələbələrin “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinə ekskursiyası təşkil edilib

Tələbələrin  “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinə ekskursiyası təşkil edilib
15-01-2019, 16:00 380 dəfə baxılıb

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən reallaşdırılan “Gənclərin istehsalat prosesi ilə tanışlığının təmin olunması” layihəsi çərçivəsində bir qrup ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinə ekskursiyası təşkil edilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, müəssisə ilə tanışlıqdan əvvəl Gənclər Fondunun əməkdaşı Fərid Seyidov tələbələrə bildirib ki, layihə çərçivəsində təşkil olunan ekskursiyaların keçirilməsində məqsəd gənclərin muxtar respublikanın iqtisadiyyatında önəmli rol oynayan sahibkarlıq subyektlərinə, emal və istehsal müəssisələrinə gəzintilərini təşkil etməklə onların istehsalat təcrübəsi ilə yaxından tanışlığını təmin etməkdir. Beləliklə bu sahədə tələbələrin bilik və bacarıqlarını stimullaşdırmaq, onların nəzəri biliklərini praktikada tətbiq etmələrinə yardımcı olmaq, həmçinin muxtar respublikada cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan verməkdir.Tələbələrin  “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinə ekskursiyası təşkil edilibTələbələrin  “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinə ekskursiyası təşkil edilib
Tələbələrin  “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinə ekskursiyası təşkil edilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728