SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda arıçılıqla məşğul olan sahibkarlarla maarifləndirici söhbətlər aparılıb

Şahbuz rayonunda  arıçılıqla məşğul olan sahibkarlarla  maarifləndirici söhbətlər aparılıb
10-10-2019, 20:23

Şahbuz rayonunda arıçılıqla məşğul olan sahibkarlarla maarifləndirici söhbətlər aparılıb.
NAXCİVANXEBERLERİ.COM-un məlumatəna görə, arıçılıqla məşğul olan sahibkarlar payız-qış mövsümünə də hərtərəfli hazırlıq işləri görür, baytarlıq tədbirlərini həyata keçirirlər. Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri rayonda ayrı-ayrı təsərrüfatlarda olub, sahibkarlarla maarifləndirici söhbətlər aparması da arıçılığın inkişafına təkan verir.
Bu sahə ilə məşğul olan sahibkarlara göstərilən maliyyə dəstəyi, balın emalı və qablaşdırılmasının diqqətdə saxlanılması, hər il ənənəvi olaraq keçirilən arıçılıq məhsulları bal festivalları, məhsulun kifayət qədər alıcısının olması, istehsal sahələrinin yaradılması arıçılıq təsərrüfatlarının artmasına imkan verir.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri rayonda ayrı-ayrı arıçılıq təsərrüfatlarında olub, payız-qış mövsümündə arı ailələrinə zoobaytar qaydaları əsasında qulluq edilməsi ilə bağlı maarifləndirici söhbətlər aparıblar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031