SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hərbi xidmətdən tərxis olunmuş gənclərin məşğulluğunun təmin edilməsi diqqət mərkəzindədir

Hərbi xidmətdən tərxis olunmuş gənclərin məşğulluğunun təmin edilməsi diqqət mərkəzindədir
10-10-2019, 19:56

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğuna, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, aztəminatlı ailələrin özünüməşğulluq imkanlarının artırılmasına əlverişli şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM -a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, oktyabrın 10-da Şərur rayonunda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Səfərbərlik, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Şərur və Sədərək rayonları üzrə hərbi xidmətdən tərxis edilmiş gənc¬lərin məşğulluqlarının təmin olunması ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikamızda məşğulluğun təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Bu tədbirin də keçirilməsində əsas məqsəd hərbi xidmətdən yeni tərxis olunmuş gənclərə əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslar haqqında məlumatlar vermək, onları boş iş yerləri ilə tanış etməkdir. Diqqətə çatdırılıb ki, müxtəlif peşələrə yiyələnmək istəyən gənclər qeydiyyata alınacaq və müvafiq peşə biliklərinə yiyələnmək üçün Naxçıvan Regional Peşə Tədris Mərkəzinə göndəriləcəklər. Sonra iştirakçılar onlara təqdim edilən boş iş yerləri ilə tanış olublar. Hərbi xidmətdən yeni tərxis olunmuş onlar üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib.


Hərbi xidmətdən tərxis olunmuş gənclərin məşğulluğunun təmin edilməsi diqqət mərkəzindədir
Hərbi xidmətdən tərxis olunmuş gənclərin məşğulluğunun təmin edilməsi diqqət mərkəzindədir
Hərbi xidmətdən tərxis olunmuş gənclərin məşğulluğunun təmin edilməsi diqqət mərkəzindədir

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031