SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Gələcəyə doğru” layihəsi adı altında görüş tələbələrlə görüş keçirilib-FOTO

“Gələcəyə doğru” layihəsi adı altında görüş tələbələrlə görüş keçirilib-FOTO
10-10-2019, 17:35

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin birinci kursunda təhsil alan tələbələrlə “Gələcəyə doğru” layihəsi adı altında görüş keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdiyi görüş Naçxıvan şəhərindəki “Gənclik” Mərkəzində təşkil olunub.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə çıxış edən Gənclər və İdman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov bildirib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu vardır. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsipləri əsas götürən dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevriliblər. Dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Gənclər muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edirlər. Bu gün muxtar respublikamızda gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği də diqqət mərkəzindədir.
Nazir qeyd edib ki, hazırda muxtar respublika əhalisinin 140 min nəfərdən çoxunu, yaxud 30 faizini 14-29 yaşda olan gənclər təşkil edir. Onların yüksək səviyyəli təhsillə təmin olunmaları məqsədilə 200-dən çox ümumtəhsil məktəbi, Heydər Əliyev adına Hərbi Lisey, 26 Uşaq Musiqi Məktəbi, 5 peşə məktəbi əsaslı təmir olunaraq və ya yenidən quruluraq istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” Fərmanı regionumuzda gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Bu Fərmanla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis olunmuş, idman və yaradıcılıq sahəsində fərqlənən istedadlı gənclərin adları həmin kitaba daxil edilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 29 mart tarixli fərmanı ilə muxtar respublikada Gənclər Fondu yaradılıb, Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilib və fondun fəaliyyəti təmin olunub.
“Naxçıvan Muxtar Respublikasında hər zaman diqqətdə saxlanılan məsələlərdən biri də gələcək nəslin təhsilli yetişdirilməsidir”-deyən Azad Cabbarov vurğulayıb ki, bu gün muxtar respublikada fəaliyyət göstərən Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, “Naxçıvan” Universiteti, Naxçıvan Tibb Kolleci, Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Musiqi Kolleci ən son dünya təhsil standartlarına cavab verən təhsil müəssisələrindəndir. Muxtar respublikada idmanın maddi-texniki və təşkilati-hüquqi bazası da xeyli möhkəmləndirilib. Yaradılan şəraitin nəticəsidir ki, hazırda muxtar respublikada 40 min nəfərə yaxın yeniyetmə və gənc bədən tərbiyəsi və idmanla məşğul olur. Naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda təmsil olunur və uğurlara imza atırlar. Hazırda muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 7 Uşaq-Gənclər Şahmat Məktəbi, 9 Uşaq-Gənclər İdman Məktəbi, Atıcılıq Mərkəzi, eləcə də stadionlar, idman zalları, sadə tipli idman qurğuları, həmçinin muxtar respublikanın rayon və kəndlərində yeni stadionlar tikilərək istifadəyə verilib.
Çıxışının sonunda nazir diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyəti muxtar respublika rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilir, onlar fəxri adlarla, qiymətli hədiyyələrlə mükafatlandırılırlar. Gənclər də onlara göstərilən qayğıya cavab olaraq, özlərini cəmiyyətin ən layiqli təbəqəsi kimi formalaşdırmağa, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafında potensial imkanlarını səfərbər etməyə çalışırlar.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov Yeni Azərbaycan Partiyası, onun Naxçıvan Muxtar Respublika Təşkilatı, yerlərdəki qurumları, partiyanın cəmiyyətimizdəki mövqeyi və siyasi sistemdəki rolu barədə tələbələrə məlumat verib. Qeyd edilib ki, Ulu öndərin rəhbərliyi ilə YAP-ın əsas ideoloji istiqamətləri, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət və müstəqil dövlətçilik prinsipləri real və işlək bir sistem yaratdığı üçün bu gün 742 mindən çox Azərbaycan vətəndaşı YAP-da birləşib. Bu gün YAP Naxçıvan Muxtar Respublika Təşkilatının 55954 üzvü var və onların 42 faizə yaxını gəncdir, 3262 nəfəri tələbədir.
Anar İbrahimov vurğulayıb ki, Naçxıvan Muxtar Respublikası Ali Məclisinin, eyni zamanda partiyanın muxtar respublika təşkilatının sədri olan Cənab Vasif Talıbovun rəhbərliyi ilə YAP burada iqtidar partiyadır. İqtidar partiyası kimi muxtar respublikada həyata keçirilən hər bir tədbir, təşəbbüs, siyasət də bu partiyanın adı ilə bağlıdır. Bu gün muxtar respublikanın parlamentində 41, bələdiyyələrin mütləq əksəriyyətində YAP-çılar, o cümlədən partiya üzvlərimiz təmsil olunur. Eyni ilə bu siyasəti bilavasitə həyata keçirməklə məşğul olan hökümət YAP-ın üzvlərindən ibarətdir, onların da bir neçəsi partiyada fəaliyyətə başlamış, siyasi və ictimai işlərdə yetişmiş gənc rəhbərlər tərəfindən idarə olunmaqdadır. Yəni bu məqamda YAP həm də bir siyasi məktəbdir. Məqsədimiz bu potensialdan istifadə edərək muxtar respublikamız, ölkəmiz üçün gələcək nəsil vətəndaşını yetişdirmək, gəncliyə açıq olmaq, eyni zamanda onunla bir yerdə olmaqdan ibarətdir.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisasının II kurs magistr tələbəsi, “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin tyutoru Tural Məmmədzadə çıxışında göstərilən diqqət və qayğıya cavab olaraq gənclərin öz üzərlərində var gücləri ilə çalışacaqlarına, yüksək səviyyədə təhsil alacaqlarına, muxtar respublika rəhbərliyinin göstərdiyi etimadı doğruldacaqlarına söz verib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov tərəfindən muxtar respublikada həyata keçirilən gənclər siyasəti ilə bağlı hazırlanmış slayd təqdim edildikdən sonra Naxçıvan Televiziyasının Naxçıvanda həyata keçirilən gənclər siyasəti ilə bağlı qısametrajlı filmi nümayiş etdirilib.
Daha sonra muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin Tələbə Gənclər Təşkilatları arasında keçirilən “İntellekt döyüşü” adlı layihədə “Xəmsə”, “Poliqon” “Axtar Tap” və “Nə? Harada? Nə zaman?” İntellektual oyunları üzrə qalib olan komandaların mükafatlandırma mərasimi keçirilib.
Görüş Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental ansamblının rəngarəng musiqi nömrələri ilə davam edib.

“Gələcəyə doğru” layihəsi adı altında görüş tələbələrlə görüş keçirilib-FOTO“Gələcəyə doğru” layihəsi adı altında görüş tələbələrlə görüş keçirilib-FOTO
“Gələcəyə doğru” layihəsi adı altında görüş tələbələrlə görüş keçirilib-FOTO
“Gələcəyə doğru” layihəsi adı altında görüş tələbələrlə görüş keçirilib-FOTO
“Gələcəyə doğru” layihəsi adı altında görüş tələbələrlə görüş keçirilib-FOTO
“Gələcəyə doğru” layihəsi adı altında görüş tələbələrlə görüş keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031