SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Bölməsində iki kitabın təqdimatı olub-FOTO

Naxçıvan Bölməsində iki kitabın təqdimatı olub-FOTO
10-10-2019, 17:42

AMEA Naxçıvan Bölməsində Bölmənin Bioresurslar İnstitutunun “Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü yabanı və mədəni qida bitkiləri” və “Naxçıvan Muxtar Respublikasının florası-Capparaceae juss (Kəvərkimilər) və Clemaceae Bercht.et J. Presl (Kleomakimilər)” adlı kitabların təqdimatı olub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Naxçıvan Muxtar Respublikasının təbii sərvətlərinin özünəməxsusluğundan bəhs edib. Alim diyarın faydalı bitkilərinin öyrənilməsi, introduksiyası və onlar üzərində geniş miqyasda elmi-tədqiqat işlərini həyata keçirən Bioresurslar institutunun fəliyyətindən söz açıb. Qeyd edib ki, bu günə kimi bu elmi müəssisədə aparılan tədqiqatların, araşdırmaların nəticələrini əks etdirən xeyli sayda fundamental kitablar nəşr edilib.
İsmayıl Hacıyev ictimaiyyətə təqdim olunan sözügedən hər iki nəşri də biologiya elminin zənginləşməsinə xidmət edən vəsait kimi yüksək dəyərləndirib və müəlliflərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra institutun aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru Fatmaxanım Nəbiyeva “Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü yabanı və mədəni qida bitkiləri kitabı haqqında bir neçə söz” və “Nəbatat” şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Əfruz Nəsirova “Naxçıvan Muxtar Respublikasının florasına həsr olunmuş fundamental əsər” mövzusunda məruzə ilə çıxış ediblər. Bildirilib ki, institutun direktoru, akademik Tariyel Talıbov, həmin institutun əməkdaşları-professor Əliyar İbrahimov, biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov, aqrar elmlər üzrə elmlər doktoru Varis Quliyev, biologiya üzrə fəlsəfə doktorları Ənvər İbrahimov, Teyyub Paşayev və aqrar elmlər üzrə fəlsəfə doktoru Pərviz Fətullayevin həmmüəllifi olduqları “Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü yabanı və mədəni qida bitkiləri” adlı vəsaitdə Naxçıvanın müxtəlif torpaq-iqlim şəraiti üçün məhsuldar, yüksək kefiyyətli, biotik və abiotik amillərə qarşı davamlı sortların əkilərək artırılması, yeni yaradılmış sortların fermer təsərrüfatlarına sürətlə tətbiq olunması hesabına məsuldarlığın yüksəldilməsi və yeni intensiv tipli, keyfiyyətli sortların tətbiq edilməsi, bu diyarda buğda bitkisinin orta məhsuldarlığının yüksəldilməsi, əhalinin ərzaq məhsullarına olan tələbatın daxili istehsal hesabına təmin edilməsi aparılan tədqiqatın əsas məqsədi olub. Nəşrdə Bioresurslar İnstitutunda öyrənilən və təcrübədə sınaqdan keçmiş, tətbiqyönümlü perspektivli yabanı və mədəni qida bitkilərinin genofondunun elmi əsaslarla kompleks tədqiqinin nəticələri əks olunub.
Qeyd olunub ki, akademik Tariyel Talıbov və institutun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimovanın həmmüəllifi olduqları “Naxçıvan Muxtar Respublikasının florası-Kəvərkimilər və Kleomakimilər” adlı nəşrdə isə həmin fəsilə bitkilərinin sistematik tərkibi dəqiqləşdirilib, növlərin biomorfoloji, areoloji və botaniki-coğrafi xüsusiyyətləri öyrənilib, onların fitokimyəvi tərkibi araşdırılıb.
Sonra məruzə ətrafında biologiya üzrə fəlsəfə doktorları Zülfiyyə Salayeva və Namiq Abbasov çıxış edərək hər iki kitabın üstün cəhətlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Sonda müəlliflərdən akademik Tariyel Talıbov və Surə Rəhimova çıxış edərək tədbir iştirakçılarına dərin minnətdarlıqlarını bildiriblər.


Naxçıvan Bölməsində iki kitabın təqdimatı olub-FOTO
Naxçıvan Bölməsində iki kitabın təqdimatı olub-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031