SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Uşaq teatrında “Mavi işıq” pyesinin səhnə məşqləri aparılır

Naxçıvan Dövlət Uşaq teatrında “Mavi işıq” pyesinin səhnə məşqləri aparılır
10-10-2019, 13:49

Uşaqların asudə vaxtının səmərəli təşkilində əvəzsiz xidməti olan Naxçıvan Dövlət Uşaq teatrı 13-cü mövsümdə yeni tamaşaların məşqinə start verib.

NAXCİVANXEBERLERİ.COM
xəbər verir ki, kollektiv gənc yazar Nuray Nəzərovanın “Mavi işıq” pyesinin səhnə məşqlərini aparır.

Qeyd edək ki, “Mavi işıq” pyesi Nuray Nəzərovanın ilk pyesidir.Sehirli və fantastik qüvvələrin köməyi ilə cadugərlərə və qorxulu varlıqlara qalib gələn, iki bacının yol hekayəsini nəql edən tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar artisti Nurbəniz Niftəliyeva, quruluşçu rəssamı, Könül Məmmədova, musiqi tərtibatçısı isə Mirsaleh Seyidovdur.
Pyes daxilində həm dünya uşaq ədəbiyyatından, həm də Azərbaycan uşaq ədəbiyyatından nümunələrin gətirilməsi tamaşaya harmoniya qatıb, rəqslər və canlı musiqi ifaları da əlavə edilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031