SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ətraf mühitin qorunması mövzusunda maarifləndirici tədbir keçirilib

Ətraf mühitin qorunması  mövzusunda maarifləndirici tədbir keçirilib
9-10-2019, 20:50

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahbuz rayonunun Kolanı kəndində “Ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə əməl edilməsinin əhəmiyyəti” mövzusunda ekoloji hüquqi maarifləndirmə tədbiri keçirib. NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Arzu Əhmədov, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov və Şahbuz Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi, polis mayoru Bəhlul Hüseynov mövzu ətrafında çıxış ediblər.
Sonda fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031