SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan və Avropa İttifaqı tvinninq layihələrinin həyata keçirilməsini müzakirə edəcək

Azərbaycan və Avropa İttifaqı tvinninq layihələrinin həyata keçirilməsini müzakirə edəcək
9-10-2019, 18:24

Azərbaycan və Avropa İttifaqı (Aİ) tvinninq layihələrini həyata keçirilməsini müzakirə edəcək.

NAXCİVANXEBERLERİ.COM Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla əlaqədar oktyabrın 10-da Bakıda dəyirmi masa keçiriləcək.

Tədbirdə Avropa Komissiyasının qonşuluq və genişlənmə müzakirələri üzrə baş direktorluğunun regional proqramlar bölməsinin rəhbəri Vasilis Maraqosun başçılıq etdiyi Aİ-nin nümayəndə heyəti və Azərbaycan hökumətinin rəsmiləri iştirak edəcək.

Dəyirmi masanın keçirilməsində məqsəd Azərbaycanda Tvinninq proqramının gələcəyini müzakirə etmək, ölkədə dövlət idarəçiliyində islahat prosesində daha effektiv əməkdaşlıq yollarını müəyyən etməkdir.

“Aİ-nin Tvinninq proqramı İttifaqla Azərbaycan arasında ən uğurlu əməkdaşlıq alətlərindən biridir. Bu proqram Avropanın qabaqcıl təcrübələrini Azərbaycandakı qurumlara çatdırmağa və əhali üçün faydalı islahatların dəstəklənməsinə kömək edir. Dəyirmi masa bizə gələcəkdə daha da səmərəli fəaliyyət göstərməyə kömək edəcək”, - deyə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas qeyd edib.

Qeyd edək ki, son on il ərzində Azərbaycanda 26 nazirlik və dövlət qurumu 46 tvinninq layihəsində iştirak edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031