SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada Ali təhsil ocağında idman yarışlarına start verilib-FOTO

Muxtar respublikada Ali təhsil ocağında idman yarışlarına start verilib-FOTO
9-10-2019, 16:45

Naxçıvan Dövlət Universitetində fakültələrarası idman yarışlarına start verilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Fiziki tərbiyə və idman oyunları kafedrasının müəllimi pedaqogika üzrə elmlər doktoru, dosent Həsən Babayev universitetin rektoru, AMEA-nın muxbir üzvü Saleh Məhərrəmova raport verib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, rektor çıxış edərək universitetin idman sahəsindəki son əhəmiyyətli uğurlarından bəhs edib. Qazanılan nailiyyətlərin ölkədə və muxtar respublikada idmanın inkişafına, gənclərin hərbi-vətənpərvərlik ruhunda, mənəvi və fiziki cəhətdən sağlam yetişməsinə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirilib. Rektor yarış iştirakçılarına uğurlar arzulayıb.

Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, idman klubun sədri Məmmədəli Rəhimov bildirib ki, universitetdə tələbələrin fiziki tərbiyə ilə məşğul olması könüllülük prinsipinə əsaslanıb. Bunun üçün universitetdə yaradılan idman klubunda 15 idman növü üzrə təcrübəli məşqçilərin rəhbərliyi altında dərsdənkənar məşğələlər təşkil edilir. Bu məşğələlərdə həm idmanın kütləviliyinin artırılmasına həm də yüksək dərəcəli idmançıların hazırlanmasına ciddi fikir verilir.

İlk olaraq oğlanlar arasında voleybol yarışı ilə turnirə start verilib. Uduzan çıxır prinsipi ilə 10 fakütə mübarizə aparıb. Final oyununda Pedaqoji və Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin komandası qarşılaşıb. Pedaqoji fakültənin komandası qalib olub.

Muxtar respublikada Ali təhsil ocağında idman yarışlarına start verilib-FOTO
Muxtar respublikada Ali təhsil ocağında idman yarışlarına start verilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031