SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Texniki Kollecində maarifləndirici tədbir keçirilib

Naxçıvan Dövlət Texniki Kollecində maarifləndirici tədbir keçirilib
9-10-2019, 16:50

Naxçıvan Dövlət Texniki Kollecində mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici keçirilmiş, tədbirdə Naxçıvan Dövlət Texniki Kollecinin müəllimləri və bütün ixtisasları üzrə 1-ci kurs tələbələri iştirak edib.

Fövqəlаdə Hаllаr Nаzirliyinin mətbuаt хidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq bildirmişdir ki, tədbirin əsas məqsədi Naxçıvan Dövlət Texniki Kollecində mülki müdafiə hazırlığının təşkilinə və tədbirlərin keçirilməsinə diqqəti artırmaq, kollecin vəzifəli şəxsləri tərəfindən mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması sahəsində müəyyən olunmuş qaydaların yerinə yetirilməsinə nail olmaq, kollecin xüsusilə 1-ci kurs tələbələrinə və müəlllimlərinə fövqəladə hallar zamanı ilk yardım və qarşılıqlı yardım məsələləri, valideyn nəzarətindən kənarda təhsil alan gənc tələbələrin payız-qış mövsümünü təhlükəsiz keçirməsi üçün məişətdə istifadə olunan qaz təsərrüfatı və elektrik cihazlarından düzgün istifadə və istismar qaydaları, həmçinin dəm qazının yaranma səbəbləri və ondan mühafizə üsulları barədə məlumat verilməsidir.

Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi dövlət qulluqçusu Azadə Cəfarova "Orta ixtisas məktəblərində mülki müdafiə işinin təşkilinə və mülki müdafiə dərslərinin keçirilməsinə qoyulan müasir tələblər, fövqaladə hallara hazırlığın əsas predmentləri" mövzusunda tələbələri məlumatlandırılıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi dövlət qulluqçusu Əbülfəz Qafarov "Kolleclərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi, dəm qazı və onlardan qorunma yolları" mövzusunda çıxış etmişdir.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılmış və tədbirə aid slaydlar və videomateriallar təqdim edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031