SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanlı gənc yazar Ədəbiyyat üzrə IV Avrasiya festivallar festivalında iştirak edib-FOTOLAR

Naxçıvanlı gənc yazar Ədəbiyyat üzrə IV Avrasiya festivallar festivalında iştirak edib-FOTOLAR
9-10-2019, 14:49

Bakı şəhərində dünyanın 52 ölkəsindən 150-dən çox yazıçı-şair, ədəbiyyat tənqidçiləri və mədəniyyət xadimlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalı keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvanı müsabiqədə Nargis (Nərgiz İsmayılova) təmsil edib. Nargis müsabiqəyə ingilis dilində göndərdiyi “17 milyon qaçqın uşağın gözləri ilə baxmayımmı dünyaya” essesi və “Kölgə” hekayəsi ilə qatılıb. Gənc yazar dünya şöhrətli müəlliflərin qarşısında öz əsərini ingilis dilində səsləndirmək hüququ əldə edib. “Çəhrayıya boyanır Notr-Damın” kölgəsi əsəri xarici yazarların diqqətini çəkə bilib.
Naxçıvanlı gənc yazar Ədəbiyyat üzrə IV Avrasiya festivallar festivalında iştirak edib-FOTOLARQeyd edək ki, Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festivallar festivalı Birləşmiş Millətlər Təşkilatının himayəsi altında keçirilib. "Avrasiya Xalqları Assambleyası" Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqının, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi və "Söz" Layihəsinin, Bakı Kitab Mərkəzinin tərəfdaşlığı ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının "LiFFt" Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur. Genişmiqyaslı maarifçilik layihəsi olan "LiFFt" Avrasiya mədəni məkanının tam hüquqlu tərkib hissəsinə çevrilib. Avrasiya ədəbi festivallarını birləşdirən "LiFFt" 2016-cı ildən etibarən hər il keçirilir.
Bakıda keçirilən festival 2019-cu ilin BMT tərəfindən elan edilmiş Yerli Xalqların Dilləri İli Proqramına və böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib. 2018-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə III "LiFFt" festivallar festivalında 27 ölkənin 170 yazarı arasında Azərbaycan yazıçısı Varis Yolçiyev qalib olub. Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunur. "LiFFt" 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə etdiyindən dünyanın ən kütləvi ədəbiyyat festivallarından hesab olunur. Festivalın Azərbaycan üzrə spikerləri xalq yazıçıları Anar, Elçin, Kamal Abdulla, Çingiz Abdullayev, Afaq Məsud, Elmira Axundova, xalq şairi Ramiz Rövşən, akademik Nizami Cəfərov, yazıçı-ssenarist Ramiz Fətəliyev, Azərbaycan üzrə koordinatorları Varis Yolçiyev, Nigar Həsənzadə, Günel Rzayeva və Əlibala Məhərrəmzadə olub.Naxçıvanlı gənc yazar Ədəbiyyat üzrə IV Avrasiya festivallar festivalında iştirak edib-FOTOLAR
AYB-nin sədri Anar Rzayev açılış mərasimində dünyanın müxtəlif ölkələrindən festivala gəlmiş çoxsaylı qonaqları salamlayıb Azərbaycanla bağlı, Azərbaycan ədəbiyyatı ilə bağlı maraqlı məqamlara toxunub.
"Avrasiya Xalqları Assambleyası" baş katibinin birinci müavini, festivalın Təşkilat Komitəsinin sədri Baş katibliyin rəhbəri Svetlana Smirnova "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalının "gözəl ölkənin gözəl paytaxtında" keçirilməsinə yaratdığı imkana və dəstəyə görə Avrasiyanın çoxmillətli ədəbi ailəsi adından Heydər Əliyev Fonduna və şəxsən Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.
"LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalının prezidenti və səfiri Marqarita Al çıxış edərək Azərbaycanı və dünyadan Bakıya gələn yazarları və salamlayıb.Rusiyalı şair, fəlsəfə elmləri doktoru, filosof və ədəbiyyat tənqidçisi, "metametafora" termininin və metakodun fəlsəfi nəzəriyyəsinin müəllifi Konstantin Kedrov-Çelişev, qazax şairi, yazıçı və ədəbiyyatşünas, Qazaxıstanın xalq yazıçısı, ictimai-siyasi xadim, diplomat Oljas Süleymenov, Azərbaycan yazıçısı, Azərbaycanın "Qızıl kəlmə" ədəbi mükafatı laureatı, yazıçıların Nyu-York Beynəlxalq Konqresinin iştirakçısı, festivalın ötənilki qalibi Varis Yolçiyev çıxış edib.Naxçıvanlı gənc yazar Ədəbiyyat üzrə IV Avrasiya festivallar festivalında iştirak edib-FOTOLAR
Festivalın Azərbaycanlı laureatları sırasında istedadlı qələm dostlarımız Əjdər Ol, Əyyub Qiyas, Günel Eyvazlı, İbrahim İlyaslı, Fərid Hüseyn, Mübariz Örən, Azər Qismət, Yaşar Bünyad, Qəşəm Nəcəfzadə, Əkbər Qoşalı, İntiqam Yaşar, Ümid Nəccari, Ulucay Akif, Nərgiz İsmayılova, Sadıq Qarayev, Xəyal Rza, Aləm Kəngərli, Ülviyyə Heydərova, Şahanə Müşfiq və digərləri var idi.

Gələn il Türkiyədə keçiriləcək festivalın bağlanış mərasi oktyabrın 3-də Heydər Əliyev Mərkəzində keçirilib. Bağlanış mərasimində Avrasiya Xalqları Assambleyası Baş katibinin birinci müavini Svetlana Smirnova və festivalın prezidenti Marqarita Al çıxış edibilər. Çıxış edənlər "LiFFt-2019" festivalının yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Naxçıvanlı gənc yazar Ədəbiyyat üzrə IV Avrasiya festivallar festivalında iştirak edib-FOTOLAR
Naxçıvanlı gənc yazar Ədəbiyyat üzrə IV Avrasiya festivallar festivalında iştirak edib-FOTOLAR


Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031