SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qan təzyiqi ilə DƏRMANSIZ mübarizənin sadə yolları

Qan təzyiqi ilə DƏRMANSIZ mübarizənin sadə yolları
7-10-2019, 23:25

Yüksək qan təzyiqi tromboza, insulta və ya infarkta səbəb ola bilər, buna görə də onu nəzarətdə saxlamaq vacibdir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, “Medikforum” Rusiya portalının araşdırmasına görə, mütəxəssislər dərman qəbul etmədən təzyiqi sabitləşdirməyə kömək edəcək sadə yolları açıqlayıblar. İlk növbədə hipertoniyalı insanlar həyat tərzlərini tənzimləməlidirlər.

Almaniyanın Manheym Universitet klinikanasının professoru Bernhard Kramerin sözlərinə görə, xəstələrə normal çəki saxlamaq çox vacibdir. Hətta artıq 4 kilo da yüksək təzyiqə səbəb ola bilər.

Pəhrizi "yüngülləşdirmək" tövsiyə olunur - meyvə, tərəvəz, az yağlı süd məhsulları və duzun rədd edilməsi hipertoniya ilə mübarizədə kömək edir. Həm də fiziki aktivlik haqqında unutmamalısınız - qaçış, üzgüçülük, velosiped sürmə təzyiqi azaltmağa kömək edəcəkdir. Hər həftə cəmi 150 dəqiqəlik idman ürək və qan damarlarını gücləndirir.

Maqnezium, çuğundur şirəsi, sarımsaq və yemişan da hipertoniya ilə mübarizədə kömək edəcəkdir. Mütəxəssislər gündə 250 ml çuğundur şirəsi və 300-500 mq maqnezium qəbul etməyi məsləhət görür - bu, qan damarlarını rahatlamağa yardım edir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031