SON DƏQİQƏ

naxcivanxeberleri.com

Payız - allergiya fəslidir

Payız - allergiya fəslidir
7-10-2019, 22:31

Mövsüm dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Havalar soyuduqca rast gəlinən xəstəliklər sırasında mövsümi allergiyalar da çoxalır. İmmun sistemi zəifdirsə, onda müxtəlif xəstəliklərə tutulma ehtimalı da yüksəlir. Yuxarı tənəffüs yolları sistemi dəyişən havaya qarşı daha həssas olur və bu zaman allergik xəstəliklərdən əziyyət çəkənlərdə ciddi problemlər yaranır.

Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova AZƏRTAC-a deyib: "Allergenlər hər mövsümə uyğun olaraq müxtəlifdir. Orqanizmdə hər hansı reaksiyaya səbəb olan amillər allergenlər hesab olunur. Payız allergenlərinin əsas səbəblərindən biri də çiçəkləmə dövründə olan bitkilərin tozcuqları və kif göbələklərinin sporlarının çoxalmasıdır. Həmin allergenlər daha çox allergik rinit və bronxial astma xəstəliklərinə səbəb olur.

Kif göbələkləri əsasən qapalı şəraitdə inkişaf edir. Rütubəti çox sevdiklərindən evdə, xüsusilə hamam otağında onların çoxalması üçün münbit şərait olur. Otaq şəraitində becərilən dibçək gülləri də allergenlərə səbəb ola bilir”.

Allerqoloq daha sonra əlavə edib: "Bitki tozcuqları və kif göbələklərinin sporları əsasən külək vasitəsilə yayılır. Hətta çox uzaq məsafədə bitən bitkinin tozcuğu da külək vasitəsilə yaşadığımız məkana gələ bilər. Ona görə də mövsümü allergiyadan qorunmaq üçün xüsusilə açıq havada olduğu müddətdə uşaqların ağzını tənzif-maskalarla bağlamaq lazımdır”.

Mütəxəssislər bildirilər ki, çiyələk, fındıq, yumurta və balıq yeyilməsi də allergiyaya səbəb olan amillər sırasındadır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031