SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rövnəq Abdullayev cüdo abidəsinin açılışında iştirak edib

Rövnəq Abdullayev cüdo abidəsinin açılışında iştirak edib
7-10-2019, 15:00

İsveçrənin Lozanna şəhərindəki Olimpiya Muzeyinin qarşısında ilk dəfə cüdo abidəsinin açılış mərasimi keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti, Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev də iştirak edib.

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax və IJF prezidenti Marius Vizer çıxışlarında bu idman növünün tarixi və populyarlığından bəhs ediblər. Daha sonra onlar abidənin üzərindən örtüyü götürüblər.

R.Abdullayev mərasim zamanı həm T.Bax, həm də M.Vizerlə görüşüb. Görüşdə Azərbaycanda idmanın, o cümlədən cüdonun inkişafından, qarşılıqlı maraq doğuran məsələlərdən danışılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031