SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu qaydalara əməl edin: əlilliyə səbəb ola bilər...

Bu qaydalara əməl edin: əlilliyə səbəb ola bilər...
2-10-2019, 21:47

Fizioterapiya və reabilitasiya son zamanlar ən dəbdə olan müalicə metodlarından biridir. Əvvəllər xəstələr hər hansı bir ağırlaşmalardan sonra həkimlər tərəfindən fizioterapiya və reabilitasiyaya göndərilirdisə, maarifləndirmə və sosial şəbəkələrdəki məlumatlar hesabına insanlar artıq özləri bu müalicə növünə müraciət edirlər. Fizioterapiya və reabilitasiyaya müraciət edən xəstələrin şikayətləri müxtəlifdir. Xəstələr ən çox ümumi zəiflik, halsızlıq, fizioloji yorğunluq, oynaqlarda ağrılar, hərəkət çətinlikləri, fiziki iş qabiliyyətinin zəifləməsi, boyun və bel nahiyəsində olan ağrılar səbəbi ilə müraciət edirlər. Əvvəlcə xəstələrə diqqətlə qulaq asılır, onlar müayinə edilir və diaqnoz qoyulur. Diaqnoz anamnestik, laborator və xüsusi müayinə metodlarının nəticələrinə əsaslanır. Şikayətlərin səbəbləri müxtəlif ola bilər. Belə ki, şikayətlər hər hansı bir xəstəliyin başlaması və ya ağırlaşmasından da xəbər verə bilər. Bunlardan biri fizioloji yorğunluğun olmasıdır. Belə ki, insanlar gündəlik həyatlarında düzgün qidalanmır, yuxu rejiminə riayət etmir, iş və istirahət rejimini düzgün planlaşdırmırlar. Nəticədə fizioloji yorğunluq əmələ gəlir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərtac-a müsahibəsində Azərbaycan Tibb Universitetinin fizioterapiya və tibbi reabilitasiya kafedrasının assistenti Nurlana Əliyeva məlumat verib.

Mütəxəssis bildirib ki, sağlamlıq üçün istirahət və iş rejiminin düzgün paylaşılması vacibdir. Bu, iş qabiliyyətinə də müsbət təsir edir: "Səhər yeməyinin normal olmasına fikir vermək, iş zamanı fasilələrdə düzgün qidalanmaq vacibdir. İşdən sonrakı dövrdə isə idman və gəzintiyə vaxt ayırmaq lazımdır. Ən azı 1-2 saat təmiz havada gəzmək, bol maye qəbul etmək, yəni gün ərzində minimum 2,5- 3 litr su içmək lazımdır ki, orqanizm öz normal fəaliyyətini yerinə yetirə bilsin. Əgər orqanizmdə ciddi xəstəliklər, dəyişikliklər yoxdursa, o zaman xəstələr fizioloji yorğunluq kimi xəstəliklərdən xilas ola bilərlər. Xəstələr bilməlidirlər ki, ağrı olan zaman təkcə dərmanlardan istifadə yetərli deyil. Onlar iş, istirahət, yuxu və qida rejiminə düzgün əməl etməklə fizioloji yorğunluqlardan xilas ola bilərlər. Bu qaydalara əməl etmədikdə, həkim müayinəsindən keçmədikdə və ağırlaşmalar zamanı dərmanlardan istifadə olunmadıqda gələcəkdə fəsadlaşmaya, hətta əlilliyə səbəb ola bilər. Bunun üçün pasiyentlər özlərinə qulluq etməklə yanaşı, mütəxəssislərin müayinəsi və tövsiyələrindən yararlanmalıdırlar ki, əlilliyin qarşısını alsınlar. Hərəkətsizlik ən birinci əlilliyə səbəb olan amillərdən biridir. Hərəkət az olduqda, çox yağlı qidalar qəbul etdikdə, suyu az içdikdə insanın çəkisi patoloji olaraq artır. Hərəkətsizlik olduqda həmin patoloji kökəlmələr, piylənmələr insanın dayaq hərəkət sisteminə çox ciddi ağırlaşmalar verərək onun hərəkət məhdudluğunu sürətləndirir və gələcəkdə əlilliyin əmələ gəlməsinə səbəb olur”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031