SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda Avropa filmləri festivalı başlayıb

Bakıda Avropa filmləri festivalı başlayıb
2-10-2019, 20:30

Bakıda 10-cu Avropa filmləri festivalı açılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, festival çərçivəsində ilk olaraq Macarıstanın “Səulun oğlu” və Finlandiyanın “Son sövdələşmə” filmləri nümayiş olunub.

Rejissor Lazlo Nemesin ilk tammetrajlı filmi olan “Səulun oğlu”nda hadisələr 1944-cü ildə nasistlərin Auşvitz düşərgəsində baş verir. Premyerası 2015-ci ilin Kann Beynəlxalq Film Festivalında keçirilən film Qran-Priyə, 2016-cı ilin fevral ayında isə “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

Xatırladaq ki, oktyabrın 16-dək davam edəcək festival çərçivəsində Avropa İttifaqının 14 üzv ölkəsinin filmləri, habelə azərbaycanlı rejissorun bir filmi təqdim olunacaq.

Bütün filmlərə giriş sərbəstdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031