SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vergilər Nazirliyinin kollektivi Heydər Əliyev Sarayında təşkil olunan sərgi-satışda iştirak edib-FOTO

Vergilər Nazirliyinin kollektivi Heydər Əliyev Sarayında təşkil olunan sərgi-satışda iştirak edib-FOTO
2-10-2019, 15:39

Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı təşkil olunur.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin kollektivi Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı üçün təşkil olunmuş sərgidə iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, sərgi-satış haqqında geniş məlumat verilərək, bildirilib ki, sərgi-satışa, ümumilikdə, 305 qadının 3 min 926 əl işi çıxarılıb. Sərgi-satışda istedadlı, sağlamlıq imkanları məhdud evdar xanımlarla yanaşı, Heydər Əliyev Uşaq-Gənc¬lər Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvləri, tam orta məktəblərin istedadlı şagirdləri, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların da əl işləri sərgilənir.

Sərgidə nümayiş olunan bir-¬birindən maraqlı, rəngarəng əl işləri qadınların bədii təxəyyülünün məhsuludur. Doğma Naxçıvanımızın qədim memarlıq abidələri istedadlı qadınların rəsm və əl işlərində məharətlə əks olunub. Sərgidə bir-birindən maraqlı əl işləri, toxuculuq nümunələri, bəzək əşyaları və başqa maraqlı əl işləri təqdim olunur.
Sərgidə həmçinin, hazırlanmış əl işlərinin satışı təşkil edilir. Naxçıvan Muxtar Respublikasının sakinləri və şəhərimizə gələn xarici qonaqlar həmin əl işləri ilə yaxından tanış ola bilər, sərgi-satış nümunələrindən həm hədiyyə kimi, həm də şəhərimizdən xatirə kimi əldə edə bilərlər.

Vergilər Nazirliyinin kollektivi Heydər Əliyev Sarayında təşkil olunan sərgi-satışda iştirak edib-FOTO
Vergilər Nazirliyinin kollektivi Heydər Əliyev Sarayında təşkil olunan sərgi-satışda iştirak edib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930