SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda Azərbaycan-Koreya biznes forumu keçirilib

Bakıda Azərbaycan-Koreya biznes forumu keçirilib
1-10-2019, 21:03

Sentyabr 30-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan- Koreya biznes forumu keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən qida sənayesi, kimya, tekstil, kosmetik məhsullar və digər sahələrdə fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.
Biznes forumda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizdə ixrac imkanlarının artırılması, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Koreya iqtisadi əlaqələri və əməkdaşlıq imkanları barədə məlumat verib. İş adamlarının iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan Yusif Abdullayev biznes təşəbbüslərinin stimullaşdırılması baxımından biznes forumun ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranmasında, mövcud əlaqələrin daha da inkişafında faydalı olacağını qeyd edib, Azərbaycan və Koreya iş adamlarını qarşılıqlı əməkdaşlığa dəvət edib.

Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) sədri Hong Kwang-Hee çıxışında hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin Koreya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb.

Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Kim Tong Op ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib, Azərbaycanda aparılan iqtisadi islahatların Koreya şirkətləri üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.

Biznes forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Koreya İdxalçılar Assosiasiyası (KOIMA) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Tədbir çərçivəsində hər iki ölkənin biznes və investisiya mühitinə dair təqdimatlar olub, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031