SON DƏQİQƏ

naxcivanxeberleri.com

TÜRK GƏNCLİYİ- Rəhim Vahid yazır...

TÜRK GƏNCLİYİ- Rəhim Vahid yazır...
1-10-2019, 21:21

Ulu liderlərimizin ümid gəmisi, millətimizin vuran qolu, dövlətçiliyimizin gələcəyi. Şərəfin, şanın, ucalığın, vicdanlılığın mirasçısı. Şanlı bir tarixin, igid ataların qəhrəmanlıq dastanlarının daşıyıcısı. Minlərlə şəhidin əmanət etdiyi bu torpaqların tək varisi Türk gəncliyi. Vətənə sevgi və sədaqət sənin borcundu. Millətini sevmək və hörmət etmək tək qayən olmalıdır. Mavi səmalarda süzən üç rəngli nazlı pərinin, o səmalarda əbədiyən qalması üçün sinən sipər olmalıdı. Qurur duymaq istədiyində bu nazlı pəriyə bax. Atalarının min əzab-əziyyətlə, canları bahasına qoruyub saxladığı bu torpaqların uğruna şəhid olmaq ən ali məqsədin olmalıdır. “Vətən torpağı müqəddəsdir, talehinə tərk edilə bilməz” deyən atalarının vəsiətini qulaqlarına sırğa etməlisən. Yaxşı bilməlisən şanlı tarixini. Yaxşı bilməlisən ki, düzləri mənimsəyib, səhflərdən dərs çıxara biləsən. Hər səhfin bizə hansı fəlakətlər gətirdiyini dərk etməli, o ağrını-acı ruhunda hiss etməlisən. Gözlərini gələcəyə dik, bu gün addımlarını sağlam ataraq. Hər biriniz, hər zaman bu millətin, bu vətənin qurtarıcısı, xilaskarı olmaq ümidi ilə yaşamalısınız. Gənclik başını döndürməməli, gözünü qorxutmamalıdır. Unutma sən on dört yaşında şah olan babaların qanını daşıyırsan. Bu torpaqlar, bu millət davamlı qan-qadaya, qırğınlara salınmışdır. Lakin bir gün gec, bir gün tez ataların layiqli cavab vermişdir. Qisası qiyamətə saxlamamışdır. Lakin sənin vəzifən daha çətindir. Sən atalarından fərqli olaraq daha hiyləgər, daha zalım bir dövürdə mübarizə aparacaqsan. Bu mübarizə səni qorxutmamalıdır. Əksinə cəsarətləndirməli, ümidləndirməlidir. Atalarının ruhu qarşısında öz vəzifə borcunu layiqincə yerinə yetirməyin şərəfini yaşamalısan. Dövrü-zamana hazırlıqlı olmalı, bu uğurda bütün fədakarlıqları gözə almalısan. Hər nə olursan ol, cahillikdən qaçmalısan. Və millətinin inkişafı üçün əlindən gələni etməlisən. Mənfətlərin önəmli olduğu dövürdə dostunu, düşmənini seçməyi bacarmalısan. Gənclikdi, cavanlıqdı nağıllarına qapılma. Bil ki, hər yaşında bu millətin təmsilçisisən. Millətini layiqincə təmsil etməyə borclusan. Sənin timsalında millətinə qibtə duyulmalı, həsədlə baxılmalıdır. Tarixindən aldığın dərslə yeni mədəniyyətlərin qurucusu, dünya nizamının düsturu olmalısan. Ədalətdən yayınmamalı, haqqdan üz döndərməməlisən. Və bilməlisən ki, ən yaxşı dostun, səninlə eyni qanı, eyni canı daşıyan qandaşlarındır. Bunu bildiyində və əməl etdiyində Ulu Tanrı yar və yardımçın olacaq, gücünü, qüdrətini artıracaqdır.


Rəhim VAHİD

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031