SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prokurorluq işçiləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Prokurorluq işçiləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
1-10-2019, 10:10

Bu gün - oktyabrın 1-i Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu münasibətlə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı Şəhər prokurorluqları orqanlarının kollektivləri sentyabrın 30-da Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Baş prokuror Zakir Qaralov və prokurorluq əməkdaşları daha sonra Şəhidlər xiyabanına gələn Azərbaycan Prokurorluğunun kollektivi Vətənimizin müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyub, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il bu tarix prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930