SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları və bir qrup tələbəsi Cəmşid Naxçıvanski muzeyində olublar

Naxçıvan  Müəllimlər  İnstitutunun əməkdaşları və bir qrup tələbəsi Cəmşid Naxçıvanski muzeyində olublar
26-09-2019, 19:21

Bugün Naxçıvan Müəllimlər institutunun professor və müəllim heyəti və tələbə kollektivi Cəmşid Naxçıvanski muzeyi ilə tanış olublar.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, muzeyin əməkdaşı çıxışında bildirib ki, muzeyin ilk rəsmi qonağı Naxçıvan Müəllimlər İnstitutunun kollektivi olub. Muzeylə tanışlıq zamanı institutun müəllim və tələbə heyətinə məlumat verilib ki, yenidən qurularaq istifadəyə verilən muzey binasında hər cür şərait yaradılıb. Hərb tariximizdə özünəməxsus yeri və tarixi olan Naxçıvanskilər nəslinin görkəmli nümayəndəsi, general Cəmşid Naxçıvanskinin adını daşıyan bu muzey 1982-ci ildən fəaliyyətə başlayıb.
XX əsrin əvvəllərində Araz-Türk Respublikasının Naxçıvan şəhərindəki qərargahı, hazırda hərb tariximizdə iz qoymuş görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan muzeydə 6 ekspozisiya zalı, fond və iş otaqları yerləşir. 5400-dən çox eksponatın saxlandığı muzeydə eksponatların 500-ə yaxını nümayiş etdirilir. Həmin eksponatlar içərisində Cəmşid Naxçıvanskiyə həsr olunmuş məqalələr, kitablar və s. xüsusi yer tutur.
Cəmşid Naxçıvanskiyə aid gümüş əşyalar, məişət əşyaları və döyüş əşyaları nümayiş etdirilir. Cəmşid Naxçıvanski və onun ailə üzvlərinin portretləri göstərilmişdir.
Muzeylə tanışlıq Müəllimlər İnstitutunun kollektivində yüksək təəssüratla yadda qalmışdır.

Naxçıvan  Müəllimlər  İnstitutunun əməkdaşları və bir qrup tələbəsi Cəmşid Naxçıvanski muzeyində olublar
Naxçıvan  Müəllimlər  İnstitutunun əməkdaşları və bir qrup tələbəsi Cəmşid Naxçıvanski muzeyində olublar
Naxçıvan  Müəllimlər  İnstitutunun əməkdaşları və bir qrup tələbəsi Cəmşid Naxçıvanski muzeyində olublar

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031