SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bələdiyyə fəaliyyəti ilə bağlı növbəti seminar Culfa rayonunda keçirilib

Bələdiyyə fəaliyyəti ilə bağlı növbəti seminar Culfa rayonunda keçirilib
26-09-2019, 18:18

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi “Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusuna həsr olunmuş növbəti seminar Culfa rayonunun Əbrəqunus kəndində keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilə məlumata görə, seminarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini icra edən I dərəcəli ədliyyə qulluqçusu Cəfər Zülfüqarov “Yerli özünüidaretmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsində bələdiyyələrin vəzifələri” mövzusunda çıxışında bildirdi ki, dövlət müstəqilliyimizi əldə etdikdən sonra bələdiyyə sahədə bir sıra qanunlar qəbul edilmiş, qanunvericilk bazası təkmilləşdirilmişdir. Qəbul edilən qanunvericilik aktları yerli özünüidarətmə orqanlarının fəaliyyətinin genişləndirilməsinə imkan yaratmışdır. Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi, bələdiyyə fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına edilmiş çoxsaylı əlavə və dəyişikliklərin mahiyyətinin öyrənilməsi və düzgün tətbiq edilməsi sahəsində müntəzəm olaraq yerli özünüidarə orqanları ilə profilaktik, maarifləndirici tədbirlər keçirir.
“Daşınmaz əmlaka hüquqların yaranması və torpaq münasibətlərinin tənzinlənməsi mövzusunda çıxış edən Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Oqtay Məmmədov qeyd etdi ki, daşınmaz əmlaka mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi və dövlət tərəfindən müdafiə edilməsi baxımından əmlakın dövlət reyestrində qeydiyyata alınması mühüm əhəmiyyət kəsb edir. Mülkiyyət hüquqlarının və torpaq münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində görülən işlər muxtar respublikada torpaq və əmlak münasibətlərinin inķişafını yeni mərhələyə yüksəltmişdir.
“Bələdiyyə torpaqlarından istifadə edilməsinin qaydaları və torpaq sahələrinin özbaşına tutulmasının qarşısının alınması” barədə nazirliyin Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov məlumat verdi. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını tənzimləyir. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı ilə həyata keçirilir. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir.
Vurğulanıb ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaqların özbaşına tutulması qadağandır. Torpaq qanunvericiliyinin pozulmasında təqsirkar olan fiziki və hüquqi şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyələrin mülkiyyət hüququ və yerli büdcələrin tərtib edilməsinin hüququ əsasları” mövzusunda çıxış edərək bildirdi ki, bələdiyyə mülkiyyətinin tərkibinə yerli büdcənin vəsaiti, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, digər daşınar və daşınmaz əmlak daxildir. Yerli büdcələr bələdiyyə büdcələrindən ibarətdir və həmin büdcələrin tərtibini, təsdiqini və icrasını, onların icrasına nəzarəti bələdiyyələr müstəqil həyata keçirirlər. Yerli büdcə bələdiyyələrin statusuna uyğun özünüidarəetmə prinsiplərini reallaşdırmaq, bələdiyyələrin qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə edilən maliyyə vəsaitidir.
Seminarin sonunda verilən suallar ətraflı cavablandırılıb. İştirakçılara “Yerli büdcənin tərtibi”, “Metodiki sənədlər toplusu” və “Bələdiyyələrdə arxiv işinin təşkilinə dair normativ hüquqi aktlar toplusu” metodiki vəsaitləri təqdim edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031