SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tələbələrin təcrübə keçmələrinin yekun tədbiri keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tələbələrin  təcrübə keçmələrinin yekun tədbiri keçirilib
12-01-2019, 14:24 526 dəfə baxılıb

Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisası üzrə IV kurs tələbələrinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında və struktur qurumlarında təcrübə keçmələrinin yekun tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Bilik Fondunun 2019-cu il üçün təsdiq olunmuş İş Planının müvafiq bəndinə uyğun olaraq, yanvar ayının 12-də Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisası üzrə IV kurs tələbələrinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında və struktur qurumlarında təcrübə keçmələrinin yekunlarına dair görüş keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Nicat Babayev Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib və bu istiqamətdə fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.
Daha sonra çıxış edən universitetin Fəlsəfə və sosial iş kafedrasının müdiri, fəlsəfə doktoru dosent Abbas Əhmədov və sosial iş ixtisası üzrə məzun olmuş və hazırda Nazirliyin strukturunda işləyən dövlət qulluqçusu Yavər Abbasov Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin fakültəyə uğurla hamilik etməsindən, tələbələrin ixtisas təcrübəsi qazanmaları üçün hərətərəfli şərait yaradılmasından, nəzəri-təcrübi əhəmiyyətli birgə tədbirlərin həyata keçirilməsindən bəhs ediblər.
Tədbirdə təcrübə prosesində fərqlənən tələbələrə fəxri fərmanlar təqdim olunub.
Sonda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tələbələrin  təcrübə keçmələrinin yekun tədbiri keçirilibNaxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tələbələrin  təcrübə keçmələrinin yekun tədbiri keçirilib
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tələbələrin  təcrübə keçmələrinin yekun tədbiri keçirilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728