SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Nə? Harada? Nə zaman?” İntellektual Oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilib-FOTO

“Nə? Harada? Nə zaman?” İntellektual Oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilib-FOTO
23-09-2019, 20:20

“Nə? Harada? Nə zaman?” İntellektual Oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilmişdir.
Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu gün Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə və Şahbuz rayonundakı “Araz” kinoteatrında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar yeniyetmələr arasında oxunması zəruri olan kitablar əsasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilmişdir. Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşları İlahə Haqverdiyeva və Valeh Mahmudov çıxış edərək oyunun keçirilməsində məqsədin Naxçıvan Muxtar Respublikasında gənclərin və yeniyetmələrin intellektual fəaliyyətə cəlb edilməsi, onların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafını stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etmək və oxunması zəruri olan kitabların gənclər və yeniyetmələr arasında təbliğinə nail olunmasını bildirmişlər.
“Nə? Harada? Nə zaman?” İntellektual Oyunu hər biri 12 sualdan ibarət olan 2 turdan ibarət olmuş, hər turda Gi de Mopassanın “Gonbul”, Ernest Heminqyenin “Qoca və dəniz”, Antuan de Sent-Ekzüperinin “Balaca şəhzadə”, Şamil Cəmşidin “Dədə Qorqud dastanları” və “Təmsillər” kitabları əsasında hazırlanmış 24 sual səslənmişdir. Sonda daha çox suala düzgün cavab verən komandalar qalib hesab olunmuşlar.
Oyunun Naxçıvan şəhər birinciliyində “Nuh yurdu” komandası I yerə, “Qafqaz” komandası II yerə, “Günnüt” komandası III yerə, Şahbuz rayon birinciliyində isə “Şahbuz” komandası I yerə, “Şahbuzkənd” komandası II yerə, “Araz” komandası III yerə çıxmışlar. Sonda qaliblərə Gənclər və İdman Nazirliyi tərəfindən diplom, fəxri fərman və oxunması zəruri olan kitablar təqdim edilmişdir.
Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin brgə təşkilatçılığı ilə keçirilən birinciliklərdə, ümumilikdə 85 nəfər yeniyetmə iştirak etmişdir.
Qeyd edək ki, rayon və şəhər birinciliklərində I yerə çıxmış komandalar “Nə? Harada? Nə zaman?” İntellektual Oyununun dekabr ayında keçiriləcək muxtar respublika birinciliyində iştirak edəcəklər.


“Nə? Harada? Nə zaman?” İntellektual Oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilib-FOTO“Nə? Harada? Nə zaman?” İntellektual Oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilib-FOTO
“Nə? Harada? Nə zaman?” İntellektual Oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilib-FOTO
“Nə? Harada? Nə zaman?” İntellektual Oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilib-FOTO
“Nə? Harada? Nə zaman?” İntellektual Oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilib-FOTO
“Nə? Harada? Nə zaman?” İntellektual Oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031