18:00 - Ordubad rayonunda “Açıq qapı” günü keçirilib-FOTO
17:55 - Türkiyədə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 24 nəfər yaralanıb
17:45 - Dmitro Kuleba: “Rusiya müharibəni masada bitirməkdə maraqlı deyil”
17:40 - ABŞ-da iki helikopterin toqquşması nəticəsində 9 hərbçi ölüb
17:35 - Fazil Mustafanın partiyası: "Sui-qəsdin siyasi səbəblərlə icra edilməsi şübhə doğurmur"
17:30 - Ukrayna XİN başçısı: "ABŞ bizə dəstəyi dayandırsa, dünya nizamı məhv olacaq"
17:20 - Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
17:15 - Ötən il və bu il 242 uşaq övladlığa verilib
17:10 - Şəhid ailələri və müharibə əlilləri bu il azı 1500 mənzil və ya fərdi evlərlə təmin olunacaq
17:00 - Reyçel Avraam: “Səfirliyin açılması Azərbaycan və İsrail arasında əməkdaşlığı gücləndirəcək”
16:50 - Naxçıvanlı güləşçi mükafatçılar sırasında-FOTO
16:45 - Dini Komitənin sədri: “Biz siyasi məqsəd üçün din amilindən istifadə edənlərlə mübarizə aparmalıyıq”
16:40 - Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”
16:35 - Lavrov Türkiyəyə gedir, Qarabağ da müzakirə olunacaq
Çaylarda suyun səviyyəsi dəyişib
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 100-180 faizini təşkil edib.
Tranzit çaylarda son vəziyyətə gəlincə, dekabrın 07-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 237 m3/s olmaqla ongünlük normanın 151 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 165 m3/s olmaqla ongünlük normanın 105 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 109 m3/s olmaqla, ongünlük normanın 142 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 42 m3/s təşkil edərək ongünlük normanın 55 faizinə bərabər olub.
Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, dekabrın 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvan 16, Salyanda 4, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm artım qeydə alınıb.
Surra məntəqəsində suyun səviyyəsi 434 sm (2017-ci il dekabrın 07-də 362 sm), Şirvanda 309 sm (2017-ci il dekabrın 07-də 237 sm), Salyanda 265 sm (2017-ci il dekabrın 07-də 185 sm), Bankədə 247 sm (2017-ci il dekabrın 07-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 155 sm (2017-ci il dekabrın 07-də 95 sm) təşkil edib.