SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək rayonunda payız şumu davam edir

Sədərək rayonunda payız şumu davam edir
22-09-2019, 10:27

Rayonumuzun taxılçıları cari ili yüksək göstəricilərlə başa vurublar. Ötən il təsərrüfat sahibləri ümumilikdə 2472 hektar taxıl sahəsini biçmiş, hər hektardan 35,6 sentner, yəni 8 min 788 ton məhsul yığıblar. Artıq bir aydan çoxdur ki, sahələrdə yay şumuna başlanılıb. Taxıl iki yay görməlidir,-deyə ata-babalarımızın əsrlərin sınağından uğurla çıxmış bu təcrübəsinə əsaslanaraq torpaq mülkiyyətçiləri və fermerlər əkin üçün ilkin tədbir hesab olunan yay şumunu sürətlə davam etdirirlər.
Taxıl yığılmış və küləşi götürülmüş sahələr bitki qalıqlarından təmizləndikdən, kübrə verildikdən sonra keyfiyyətli qaydada şumlanır. Məlumdur ki, erkən şum edilmiş torpaqdakı müxtəlif zərərvericilər, bitki qalıqları və alaq toxumları günəş şualarının təsirindən məhv olur. Yay şumunun vaxtında aparılması,həmçinin, torpağı müəyyən qədər zənginləşdirir. Bunun vacibliyini sınaqdan keçirən kənd əməkçiləri şumun gecikdirilmədən başa çatdırılmasına çalışırlar. Hər gün zəmilərdə 4 şum traktoru gecəli-gündüzlü işləyir.
İndiyədək 336 hektarda şum qaldırılıb. Şumlanmış sahələrin tapanlanması, çizellənməsi üçün də kifayət qədər texnika və aqreqat vardır.Taxıl əkini üçün yaradılmış toxum ehtiyatının səpindən qabaq dərmanlanması üçün lazım olan preparatlar da tədarük edilib. Sahələrin əkin üçün hazırlanmasına da son hazırlıq işləri görülür.

“Oğuz yurdu”

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930