SON DƏQİQƏ

naxcivanxeberleri.com

Heyandarlığa maraq ildən-ilə artmaqdadır

Heyandarlığa maraq ildən-ilə artmaqdadır
21-09-2019, 19:30

Kənd təsərrüfatı tarixən muxtar respublikamızda inkişaf etdirilən sahələrdən olub. Ötən əsrin sonlarında digər sahələr kimi aqrar sahədə də müxtəlif çətinliklərin ortaya çıxmasına baxmayaraq, ulu öndər Heydər Əliyevin böyük xidmətləri sayəsində iqtisadiyyatın bu sahəsinin hərtərəfli inkişafı üçün mühüm addımlar atılmışdır. Məhz müstəqilliyimizin ilk illərində görkəmli dövlət xadiminin Naxçıvana rəhbərliyi dövründə muxtar respublikanın Ali Məclisi tərəfindən “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmışdır. Beləliklə, ölkəmizdə ilk dəfə olaraq özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmış, daxili bazarda məhsul bolluğu yaradılmışdır. Sonrakı dövrlərdə kənd təsərrüfatının şaxələndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, dinamik inkişaf təmin olunmuşdur. Bu gün artıq muxtar respublikamız kənd təsərrüfatı məhsullarının istehsalında ildən-ilə daha böyük nailiyyətlər qazanan iqtisadi rayona çevrilmişdir. Statistikaya görə, 2019-cu ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 2,8 faiz çox, yəni 133 milyon 451 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Təbii ki, aqrar sektorun inkişafında qədim diyarın hər bir bölgəsinin öz rolu var. Kəngərli rayonunda da kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzində saxlanılır. Son dövrlərdə dövlət tərəfindən bu sahədə müasir infrastrukturun yaradılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, aqrolizinq xidmətlərinin genişləndirilməsi, eləcə də kreditlərin verilməsinin sürətləndirilməsi rayonda bu sahənin inkişafına müsbət təsir göstərmişdir. Bununla yanaşı, kənd təsərrüfatının inkişafında indiyədək qəbul edilmiş və icrası uğurla başa çatdırılmış dövlət proqramları, sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar, o cümlədən yeni ailə təsərrüfatlarının yaradılmasının təşviqi də müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır.
Kənd təsərrüfatının əsas istiqamətlərindən birini heyvandarlıq təşkil edir. Eyni zamanda əhalinin yerli ərzaq məhsulları ilə təminatında və emal sənayesinin inkişafında heyvandarlıq sahəsi mühüm yer tutur. Ötən dövrdə əhalinin etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi muxtar respublikamızda, o cümlədən Kəngərli rayonunda qarşıya qoyulmuş vəzifələrin kompleks şəkildə həyata keçirilməsinə geniş imkanlar yaratmış, heyvandarlığın inkişafında dinamik inkişaf təmin edilmişdir.
Qeyd edək ki, bu sahəyə maraq hər zaman diqqət mərkəzində olmuşdur. Elə bu diqqət və maraqdan irəli gəlir ki, rayonda heyvandarlıqla məşğul olanların böyük təcrübəsi var. Bu təcrübə də fermerlərə öz fəaliyyətlərini ildən-ilə daha da genişləndirməyə imkan verir. Eyni zamanda bu sahəyə dövlət tərəfindən lazımi dəstəyin göstərilməsi, stimullaşdırıcı addımların atılması heyvandarlığın dinamik inkişafını təmin etməklə bərabər, ət və süd istehsalında da artımın əldə olunmasına imkan vermişdir. Belə ki, son illərdə rayon ərazisində mal-qara və heyvanların təbii yem bazası ilə təmin olunması məqsədilə torpaq sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi, süni mayalanma məntəqələrinin yaradılması, baytarlıq xidmətinin səviyyəsinin yüksəldilməsi heyvandarlığın inkişafına lazımi şərait yaratmışdır. Bununla bərabər, muxtar respublikaya damazlıq cins mal-qaranın, ətlik və südlük toxum preparatlarının alınıb gətirilməsi də bu sahənin inkişafına ciddi təkan vermişdir. Azərbaycan Respublikası Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamı ilə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat həcmində subsidiyanın müəyyən olunması da heyvandarlığın inkişafına marağın artmasına səbəb olmuşdur.
Təbii ki, heyvandarlığın inkişafına göstərilən dövlət qayğısı rayonda həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların baş sayının artmasına səbəb olmuş, ət və süd istehsalında müsbət dinamika qorunub saxlanılmışdır. Rayon Statistika İdarəsindən verilən məlumata görə, 1 iyul tarixə Kəngərli rayonunda 9 min748 baş iribuynuzlu, 108 min 457 baş xırdabuynuzlu, 107 min 587 baş quş, 120 təsərrüfatda isə 1642 arı ailəsi qeydə alınmışdır. Cari ilin yanvar-iyul aylarında rayonda diri çəkidə 1120 ton ət, 6546 ton süd istehsal edilmiş, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,4 faiz, süd istehsalı 1,2 faiz artmışdır. Ümumilikdə isə, bəhs olunan dövrdə rayonda 22476,3 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricini 3,9 faiz üstələmişdir. Yeri gəlmişkən, həmin dövrdə rayon üzrə 12140,6 min manat həcmində sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 0,3 faiz çoxdur. Artım müqayisəsinə gəldikdə, kənd təsərrüfatında artım faizi 3,9, sənaye istehsaında isə 0,3 olmuşdur. Buradan da bir daha aydın olur ki, kənd təsərrüfatının inkişafındakı dinamik artım yüksələn xətlə davam edir. Bu isə öz növbəsində əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatına öz töhfəsini verir.


Səbuhi HƏSƏNOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031