SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Azərkosmos” könüllü tibbi sığorta xidməti sahəsində fəaliyyət göstərən şirkət axtarır

“Azərkosmos” könüllü tibbi sığorta xidməti sahəsində fəaliyyət göstərən şirkət axtarır
21-09-2019, 15:00

“Azərkosmos” ASC könüllü tibbi sığorta xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu keçirir.

NAXCİVANXEBERLERİ.COM qurumun rəsmi dövlət qəzetində verdiyi elanına istinadən xəbər verir ki, “Azərkosmos” ASC bu sahə üzrə müvafiq lisenziyası olan şirkətləri kotirovka sorğusunda iştirak etməyə çağırır.

Vurğulanır ki, qiymət kotirovkaları qapalı zərfdə sentyabrın 26-sı saat 18:00-a qədər Ü.Hacıbəyli küçəsi 72, M5 ünvanda yerləşən “Azərkosmos” ASC-nin Bakı ofisinə təqdim edilməlidir. Təklif zərfləri sentyabrın 27-si Bakı-Şamaxı-Yevlax yolunun 38-ci kilometrliyində yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində saat 09:00-da açılacaq. Kotirovka sorğusu ilə bağlı əlaqələndirici şəxs Ceyhun Əliyevdir. (012-565-00-55)

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031