SON DƏQİQƏ

naxcivanxeberleri.com

Haylar tarixi şəxsiyyətlərin nəzərində-Rəhim Vahid yazır...

Haylar tarixi şəxsiyyətlərin nəzərində-Rəhim Vahid yazır...
21-09-2019, 14:20

Bizim erməni adlandırdığımız haylar, heç vaxt özlərini bu adla adlandırmamışdırlar. Erməni adına ilk dəfə eramızdan əvvəl 6 yüzillikdə yaşamış Pars kralı Dariusun kitablarında rastlanmışdır ki, bu adıda kral Darius onların yaşadıqları əraziyə uyğun vermişdir. Ermənilər şərqi Anadoluya köçdükdən sonra bu adı almışdırlar. Şərqi Anadolu “Armanu” və ya “Armenia” adlandırılırdı. Lakin bu ad onların bu əraziyə köçündən daha öncə Anadoluda yaşayan türklər tərəfindən bu əraziyə verilmiş adı idi. Bu məsələyə ən gözəl izahı Fransız mənşəli Qafqazşünas alim İ.Şopen vermişdir. İ.Şopen haqlı olaraq yazırdı ki, «aydınlaşdırmaq çətindir ki, bizim ermənişünas alimlər nəyə əsasən özlərinə rəva biliblər ki, bütün hallarda haykanların ve onların vətəni Hayastanın adını tamamilə başqa xalqın adı ile deyişib tərcümə ediblər. Aydındır ki, Yafəs mənşəli, şimaldan gəlmə dağlı Armenlə, cənubdan gəlmə sami mənşəli haykanların (hayların) heç bir ümumi oxşarlığı yoxdur ve ola da bilməz». Ümumiyyətlə milli mənşələri və məsgunlaşdıqları ərazi hələdə dəqiqləşməyən bu millət, öz tarixini yaratmaq məqsədi ilə yüzlərlə hiyləyə əl atmış, yüzlərlə dona girməkdən çəkinməmişdirlər. Bu xüsusiyyət artıq onların xarakterinə hopmuş, istənilən mövzuda öz iyrəc niyətlərinə əl atmaqdadırlar. Təbii olaraq da bu murdar xalq tarixi şəxsiyyətlərin nəzərindən yayınmamış, onlar haqda yüzlərlə fikir formalaşmışdır. Onlardan bir neçəsinə nəzər salaq.
Dahi rus şairi S.A.Puşqin erməniləri, “sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən” adlandırmışdır.
M.Qorki isə “ermənilər sağ qalmaq üçün öz arvadlarını satan ilk millət” olduqlarını qeyd etmişdir.
Fransız yazıçısı Aleksandır Düma: “Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişdirlər”.
Fransız səyyahı Qraf De Şoller qeyd edir ki: “Ermənilərin yoxsulluq və əzab-əziyyət çəkməsi məndə onlara qarşı böyük rəhm oyatmasına baxmayaraq, onların haramzadalığı, kələkbazləğı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilməzdim”.
İsveç səyyahı Adam Mets: “Dərisi ağ qulların pisi ermənilərdir. Abır-həyaları yoxdur, oğurluqları olduqca məhşurdur. Onlar yalnız dəyənək və qorxu altında sakit olurlar”.
Qobustannamədə ermənilər bu cür tərif olunur: “Ermənilərin eyibi: oğru, xəsis, bir ayağı qaçmaqda olan, məsuliyətsiz, yersiz yerə savaş çıxaran, vəfasız, riyakar, söyüş söyən, qəlbi xəsis olmalarıdır”.
Tatsit: “ Bu xalq istər xasiyyətinə, istərsədə coğrafi vəziyyətinə görə qədimdən iki üzlü və riyakardır. Bunlar daima romalılara nifrətdən, parfiyalılara isə həsəddən az qala partlayırlar”.
Musa Xorenatsi: “İndi olduğu kimi keçmişdə də qədim hayların ağızlardan-ağızlara keçən nəğmələrə həvəsləri olmayıb. Ona görə də kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır”.
An N.Y.Marr isə erməni dilini bu cür tərif etmişdir: “Erməni xalqı kimi erməni dili də hibrit (calaq) dildir”.
Yazıçı Jemçuynikov: “Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər”.
Yazıçı Olqa Smurova: “ Əgər yuxuda erməni görmüsünüzsə, çox ehtiyatlı olun. Bilin ki, sizi aldadacaqlar və yaxud, sizə xəyanət edəcəklər”.
Alman səyyahı Alfred Kerte: “Türklərlə iş görəndə sözlə danışmaq kifayətdir, müqavilə bağlamağa ehtiyac yoxdur... Əgər yunanla iş görmək istəyirsənsə, mütləq müqavilə bağlayın. Erməni ilə belə bir fikriniz olsa, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur. Sadəcə şərtə rast gələcəksiniz. Erməni ilə rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir...”.
Sədi Şirazi: “Erməni yer üzünün ilanı, insanlığın düşmənidir” adlandırmışdır.
İngilis səyyahı Vilson: “Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və yalnız bunları özlərindən başqalarına edirlər”.
Və böyük fateh Əmir Teymur: “Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər” demişdir.
Müxtəlif dövürlərdə yaşamış, müxtəlif millətlərə məxsus, tarixdə öz sözün demiş bu şəxsiyyətlərin fikirlərini biz Azərbaycan türkləri bir növü özümüzə vəsiyyət, qulağımıza sırğa etməliyik. Tarix boyu ən çox erməni xəyanətindən və fürsətçiliyindən əziyyət çəkən bizlərin ən böyük günahı hər səfərində ermənilərin əsil xislətini unutmağımız olmuşdur.


Rəhim VAHİD

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031